Ana səhifə / İdman (səhifə 84)

İdman

AFFA klubları böyük məbləğdə cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın 8-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. “Sabah”-“Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimələnib. Oyunun mətbuat konfransı zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan …

Ətraflı oxu »

Qurban Qurbanov “Qarabağ” futbolçularına media ilə ünsiyyət qadağası qoydu

“Qarabağ” futbolçularına media ilə ünsiyyətə qadağa qoyub. Baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, bu qadağa noyabrın 4-də Konfrans Liqasının 4-cü turunun “Kayrat”la Qazaxıstandakı oyununa qədər davam edəcək. Klubun mətbuat xidmətindən o dövrə qədər jurnalistlərdən müsahibə üçün müraciət etməmək və buna anlayışla yanaşmaq xahiş olunub.  Belə bir qərarın verilməsinə səbəb kimi …

Ətraflı oxu »

Messi 16 ildir belə uğursuzluq görməmişdi

PSJ-nin hücumçusu Lionel Messinin uğursuz statistikası qeydə alınıb. Argentinalı hücumçu hələ də Fransa Liqa 1-də qol hesabını aça bilməyib. Bu mövsüm Fransa çempionatında iştirak etdiyi 4 görüşün heç birində fərqlənə bilməyən Messi 2005/06 mövsümündən bəri ilk dəfə mövsümün startındakı 4 matçda qol vura bilməyib. Qeyd edək ki, Messi PSJ ilə …

Ətraflı oxu »

Cüdoçularımız dünya çempionatını 8 medalla başa vurdu

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub. Yarışın sonuncu günündə Azərbaycan cüdoçuları daha 3 medal qazanıblar. Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medala yiyələniblər. Qeyd edək ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri …

Ətraflı oxu »

Rəşad Sadıqov: “Onların Qurban Qurbanovu dəstəklədiyini görməmişəm”

“Ağasəlim Mircavadovun müsahibəsini oxumuşam. Bu məsələni açırıqsa, bir-iki detala toxunacağam. Səhv etmirəmsə, deyib ki, millidə daha təcrübəli baş məşqçi olmalıdır, bundan əlavə, həmin şəxsin beynəlxalq təcrübəsi də lazımdır. Açıqlamanı oxuyanda artıq məndə fikir formalaşmışdı”. Bunu “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun fikirlərinə münasibət bildirərkən …

Ətraflı oxu »

Bakıdakı dünya çempionatında Azərbaycanın bir idmançısı iştirak edəcək

Azərbaycan millisi noyabrın 18-də Bakıda start götürəcək batut gimnastikası üzrə dünya çempionatında bir idmançı ilə təmsil olunacaq. Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, 4 gün davam edəcək yarışda Mixail Malkin iştirak edəcək. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına 33 ölkədən 300-dək gimnast qatılacaq. Bakıda ilk …

Ətraflı oxu »

Dadaşov “Portu”ya qarşı 90 dəqiqə oynadı

Portuqaliya çempionatında 9-cu turun oyunları keçirilib. Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Portu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Qeyd edək ki, “Tondela” 9 turdan sonra 9 xalla 18 …

Ətraflı oxu »

Oyundan əvvəl stadionunun tablolarında Əşrəfoğlunun şəkli əks olundu – FOTO

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi “Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl anılıb.Belə ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.Qeyd edək ki, “Qarabağ” – “Kayrat” …

Ətraflı oxu »