Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman (səhifə 58)

İdman

4 güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir. Təmsilçimiz Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequraya tam üstünlüklə (11:0) qalib gələrək qitə birinciliyinə inamla start verib. Sonra türkiyəli Burak Yalçını 8:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinalda erməni Saşa Petrosyanı bükmə fəndi ilə üstələyərək finala …

Ətraflı oxu »

Rəcəbov İddiaçılar Turnirinə “sülhlə” başladı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk görüşünü keçirib. Belə ki, 35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb. Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat …

Ətraflı oxu »

Rəşad Sadıqov: “Transferlərimiz yubanır”

“Komandamızı ürəkdən təbrik edirəm. Həqiqətən də möhtəşəm uğurdur. Turnir ərzində yığmamızı izləyir, dəstəkləyir, qürur hissi keçirirdik. İnanırdıq ki, qrupdan çıxdıqdan sonra uğurlu çıxış etmək olar”. Bunu oxu.az-a “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionluğu ilə bağlı təşkil olunmuş konsert proqramı zamanı deyib. 40 yaşlı mütəxəsiss …

Ətraflı oxu »

Mən də daxil olmaqla, heç kim bu qələbəni gözləmirdi…- İlham Əliyev

Mən əminəm ki, Azərbaycanda heç kim sizin qələbənizi gözləmirdi. Bu sözləri Prezident İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvləri ilə görüş zamanı deyib. “Bilmirəm özünüz gözləyirdiniz, yoxsa yox, bəlkə də artıq çempionat gedə-gedə bunu hiss etməyə başlamısınız ki, bu, mümkündür. Amma əminəm ki, mən …

Ətraflı oxu »

Daniel Rikkardo: “Bakı trekində qalib gəlmək üçün bəxtin olmalıdır”

“Düşünürəm ki, Azərbaycan Qran-prisində hər dəfə fərqli çempionun olması Bakı Şəhər Halqasının çətinliyi ilə bağlıdır”. Bunu Oxu.Az-a açıqlamasında “McLaren” komandasının italyan əsilli avstraliyalı pilotu Daniel Rikkardo deyib. 23 yaşlı idmançı Bakı trekində bəxt amilinin də çox rol oynadığını bildirib: “Burada qalib gəlmək üçün bir qədər bəxtin gətirməlidir. Əks halda hər …

Ətraflı oxu »

Avropa çempionu olan millimiz vətənə qayıtdı

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan millisi turnirin keçirildiyi Slovakiyanın Koşitse şəhərindən vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında minifutbolçuları idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və minifutbolsevərlər qarşılayıblar. Qeyd edək ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Avropa çempionatının finalında Rumıniyanı məğlubiyyətə uğradıb – 1:0. Bununla da Azərbaycan millisi …

Ətraflı oxu »

Ermənistanın baş məşqçisi mətbuat konfransını yarımçıq qoyub

Futbol üzrə Ermənistan yığmasının baş məşqçisi Xoakin Kaparros səfərdə Ukraynaya 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında çətin vəzityyətə düşüb. “Report”un məlumatına görə, ispaniyalı mütəxəssis ukraynalı qadın jurnalistin sualına cavab vermədən konfrans otağını tərk etməli olub. Media nümayəndəsi Kaparrosdan Ermənistan yığmasının Ukrayna ilə həmrəylik …

Ətraflı oxu »

Türkiyə ardıcıl 3-cü qələbəsini qazanıb, İtaliya, Almaniya və İngiltərə xal itirib

UEFA Millətlər Liqasında III turun son görüşləri keçirilib. “Report”un məlumatına görə, turun axırıncı oyun günündə A, B və C Liqalarında 10 görüş olub. A Liqasının 3-cü qrupunda İngiltərə evdə İtaliya ilə qolsuz, Macarıstan isə Almaniya ilə 1:1 hesablı heç-heçə edib. 4-c qrupda da Niderland Polşa ilə 2:2, Uels Belçika ilə …

Ətraflı oxu »

Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub. Yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovusması və “Şuşa ili” ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin …

Ətraflı oxu »