Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Gündəm (səhifə 10)

Gündəm

XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərinin tərkibi…

Energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib. …

Ətraflı oxu »

“İcra başçısı və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır”

“Üç kəndin suyunu aparıb bizi köçmək məcburiyyətində qoyurlar” Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri yenidən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Bu barədə arqument.az-a sakinlər məlumat veriblər. Onlar bildirirlər ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov zorla kəndlərinə yaxın və üç kəndin istifadə etdiyi bulağın …

Ətraflı oxu »

Quba rayonunun Xanəgah kənd məscidi məhv olur-Mədəniyyət Nazirliyi məsələyə laqeyd yanaşır (Foto+Video)

Quba rayonunun Xanəgah kənd məscidi məhv olmaq üzrədir. Bu barədə  məlumatı Azinforum.az-a kənd sakinləri verib. Onların  sözlərinə görə, məlum məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib: “Həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub.  Çoxlu kitablar, bəzi kağız sənədlər …

Ətraflı oxu »

MƏŞHUR MARKETLƏR ŞƏBƏKƏSİ DƏ DEPUTATA MƏXSUSMUŞ – Səs yazısı

Düz 5 il əvvəl – 2013-cü il iyulun 31-də Həbib Axundov anasının Şüvəlandakı bağ evində hamıya elan edib ki, siz pulları biznesə yox, piramidaya qoymuşdunuz.Bununla da 5 ildir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Elmira …

Ətraflı oxu »

Dünən saxlanan jurnalist Aqil Ələsgər sərbəst buraxıldı

Dünən naməlum şəxslər tərəfindən saxlanıldığı deyilən jurnalist Aqil Ələsgər sərbəst buraxılıb.  Bu barədə Toğrul Allahverdili sosial şəbəkədə status və müvafiq şəkil paylaşıb. Həmin şəkildə Aqil Ələsgər övladları və dostu ilə birlikdə görüntülənib. T.Allahverdili qeyd edib ki, jurnalist evindədir və heç bir problemi yoxdur.  

Ətraflı oxu »

Aslan İsmayılova hökm oxundu – 1 il 6 ay

Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bir ildən çoxdur davam edən məhkəmə prosesi bu gün başa çatıb. Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan məhkəmə iclası hakimin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin işlə bağlı göndərdiyi sənədlərlə tərəfləri tanış etməsi ilə başlayıb. …

Ətraflı oxu »

Metro və marşrut avtobuslarında gediş haqqı artırıldı

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. “Məlum olduğu kimi, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci …

Ətraflı oxu »

Prezident Naxçıvana yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ətraflı oxu »

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. “Report”un məlumatına görə, sərəncamla Vüqar Şəmsəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ətraflı oxu »

DEPUTATIN SƏS YAZISI YAYILDI – “Müdafiə naziri dəyişdi, pulum kəsildi…” + VİDEO

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb.  Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir. Və Elmira Axundova hər dəfə həmin məbləği tapana qədər “daha 2-3 ay gözləməyi” xahiş edir. Bundan başqa, Elmira Axundova öz həmsöhbətini …

Ətraflı oxu »