Ana səhifə / Dünya (səhifə 5)

Dünya

Azərbaycanın 100 milyon dollara inşa etdirdiyi məhəllə (VİDEO)

Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir. Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub. Digər binalar üçün hazırlıq gedir, zəmin möhkəmləndirilir. Buradakı binaların zəlzələyə dayanıqlı olmasına xüsusi önəm verilir. Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə olunur. Qeyd edək …

Ətraflı oxu »

Məşhur aktyor vəfat etdi – FOTO

ABŞ-li aktyor, prodüser, rejissor və keçmiş peşəkar futbolçu Karl Uezers 77 yaşında vəfat edib. Bu barədə onun meneceri Mett Luber məlumat verib. “Rokki” və “Yırtıcı” filmlərinin ulduzu yuxuda vəfat edib. Onun ölümünün səbəbi barədə məlumat verilmir. Karl Uezers 14 yanvar 1948-ci ildə ABŞ-də anadan olub. O, ən çox “Rokki” filmində …

Ətraflı oxu »

ABŞ Ermənistandakı vətəndaşlarına müraciət etdi: “Sərhədə getməyin”

ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına müraciət edib. Səfirlik onları Ermənistan-Azərbaycan sərhədinə səfər etməməyə çağırıb. ABŞ Səfirliyi əməkdaşlarına və onların ailələrinə aşağıdakı yerlərə hər hansı qeyri-vacib səyahəti qadağan sayıb. Səfirlik həmin ərazilərin adlarını da açıqlayıb: “Vardenisin şərqindəki Geqarkunik bölgəsi, Gorusun şərqindəki Sünik və Qafandan cənubda Sünik rayonu”. Bildirilir ki, Ararat …

Ətraflı oxu »

Ukraynada azərbaycanlı zabit HƏLAK OLDU

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı zabiti Murad Babayev həlak olub. Belə ki, 2001-ci il təvəllüdlü M.Babayev Donetsk vilayəti Novomixaylovka kəndi yaxınlığında gedən döyüşlərdə həlak olub. O, Dnepropetrovsk vilayətində dəfn edilib.

Ətraflı oxu »

Ukrayna hava hücumundan qorunmaq üçün dəstək istəyir

Ukrayna Rusiya hücumundan qorunmaq üçün hava müdafiəsi və artilleriya çatışmazlığı ilə üz-üzə qalıb. Ukrayna rəsmiləri deyir ki, belə bir durumda müttəfiqlər kömək etməsə belə, Rusiya ilə mübarizəni təkbaşına davam etdirəcək, geri çəkilməyəcəklər. “Bloomberg” yazır ki, cəbhədən gələn hesabatlar ürəkaçan deyil, Kiyev qüvvələri bəzən Moskva qoşunlarını saxlamaqda çətinlik çəkir. Məsələn, Rusiya raket hücumlarının …

Ətraflı oxu »

İsrail indiyədək HƏMAS-ın yeraltı tunellərinin 40 %-dən çoxunu dağıda bilməyib – KİV

İsrail Müdafiə Qüvvələri indiyədək Qəzza zolağında Fələstinin HƏMAS-ın yeraltı tunellərinin yalnız 40 %-dən çoxunu dağıda bilib. “Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Nəşr ABŞ hökumətindəki mənbələrə istinadən qeyd edir ki, dağıntıların dəqiq həcmini qiymətləndirmək çətindir, çünki Qəzzada neçə tunelin çəkildiyi məlum deyil. Buna baxmayaraq …

Ətraflı oxu »

ABŞ Türkiyəyə 23 milyardlıq “F-16”lar satacaq

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin İsveçin NATO-ya qəbulunu təsdiqləmə qərarından sonra Türkiyəyə “F-16”ların satışını təsdiqləyib. “Bu gün Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb və bundan sonra Türkiyəyə “F-16” qırıcılarının satışına icazə verəcəyini açıqlayıb”, – komitənin qərarında deyilir. Bundan sonra …

Ətraflı oxu »

Bayden F-16 tədarükünə dair təlimat verib – Ərdoğan

Türkiyə ABŞ Konqresinin F-16-ların ölkəyə satışına icazə verəcəyinə inanır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O bildirib: “Verilən vəd əsasında İsveçin NATO-ya üzvlüyünə dair protokol parlamentimizdə böyük səs çoxluğu ilə qəbul olundu. Mən imzaladım və həmin axşam “Resmi Gazete”də dərc olundu. Bayden Nümayəndələr Palatasına yazılı göstəriş göndərib. İnşallah, oradan …

Ətraflı oxu »

“Sülhməramlıların Qarabağda yerləşdirilməsi Ermənistan tərəfinə aid deyil”

“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistan tərəfinə aid deyil, bu, Moskva ilə Bakının ikitərəfli münasibətləri məsələsidir”.Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.“Hər kəs Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra da Qarabağda faktiki olaraq bizim sülhməramlılarımız var. Amma bu məsələ artıq …

Ətraflı oxu »

Erməni miqrantlar Fransada aksiya keçirən fermeri öldürdülər

Fransada etiraz aksiyası keçirən fermerləri vuran avtomobildə Ermənistandan gəlmiş qeyri-qanuni miqrantlar olub. İnsident nəticəsində bir nəfər ölüb. TASS-ın yaydığı məlumata görə, qəza törətmiş avtomobildə Ermənistandan olan üç nəfər olub və onlar hadisə yerində saxlanılıblar. Həmin şəxslər 2022-ci ildən qaçqın statusu tələb edirlər, lakin 2023-cü ilin payızında nəhayət ki, rədd cavabı …

Ətraflı oxu »