Çərşənbə , Oktyabr 17 2018
Ana səhifə / Dünya (səhifə 30)

Dünya

Ərdoğanın kürəkəni Türkiyə lirəsini xilas etmək istəyir

Hazırda Türkiyə iqtisadi müharibənin içindədir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Maliyyə naziri və prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Barat Albayraq deyib. “Biz bu iqtisadi savaşdan millət və dövlət olaraq birlikdə qalib çıxacağıq. Bu addımlara qarşı bizim də hazırladığımız bir plan var. Bütün tədbirləri görmüşük. Lirəyə qarşı yürüdülən bu …

Ətraflı oxu »

Ermənistanda biznesmenlər aksiya keçirir

Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində bizneslə məşğul olan şəxslər etiraz aksiyası keçirirlər. Orta və xırda sahibkarlar, mağaza və dükan sahibləri Ermənistanın Vergilər Nazirliyinin nümayəndələrinin işindən narazılıq edirlər. Səhər tezdən aksiyaya başlayan tacirlər bəyan edirlər ki, vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqi sərhəd tanımır. “Onlar bütün şəhəri terrora bürüyürlər, …

Ətraflı oxu »

Xəzər necə bölüşdürüldü – Deputat AÇIQLAYIR

“1996-ci ildən danışıqlara başlayan 5 Xəzəryan ölkə dünyanın ən böyük qapalı su hövəzsi olan Xəzər dənizinin hüquqi statusu haqda ümimi çərçivələri razılaşdırdılar. Avqustda dövlət başçıları tərəfindən imzalanan saziş regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək. SSRİ dağılandan sonra Xəzər 5 ölkəyə aid …

Ətraflı oxu »

“Men dakka dukka” – Ərdoğan ABŞ-a ərəbcə səsləndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sanksiyalar tətbiq edən ABŞ hökumətinə səslənib. “Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan Trabzondakı çıxışı zamanı Amerikanın polad və alüminiuma sanksiya tətbiq etməsini pisləyib: “Amerika, bax! Dünya Ticarət Təşkilatı var. Bu təşkilatın daxilində sənin özbaşınalığın ola bilməz. Biz beynəlxalq hüquqa əsasən hərəkət edəcəyik. Hüquq tanımama …

Ətraflı oxu »

İqtisadi müharibə Rusiyanı çökdürür

Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, əhatə dairəsinin genişlənməsi iqtisadi müharibə elanı kimi dəyərləndiriləcək. Bunu Rusiyanın baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, bu müharibəni iqtisadi, siyasi və digər yollarla dəf etmək lazımdır. Rusiyaya qarşı sanksiyaların ölkənin iqtisadi gücünü zəiflətməyə hesablandığını deyən hökumət başçısı qeyd edib ki, rəsmi Moskvaya qarşı …

Ətraflı oxu »

İyi Partiyası qurultay keçirir

Türkiyədə müxalifətdə olan İyi Partiyanın qurultayı başlanıb. Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, 2-ci fövqəladə qurultayda partiyanın lideri Meral Akşener çıxış edib. Onun “Vida məqsədilə “Mən sizi çox sevmişdim” dedim. Sözlərimi mənə qarşı çevirdiniz. Əlimi, ayağımı bağladınız. “Biz səni çox sevdik” dediniz. Qərarınıza tabe olub geri qayıtdım. İradənizə boyun əydim. Gəl dediniz, …

Ətraflı oxu »

Dəfn mərasimində ehsan yeyib öldülər

Dəfn mərasimində ehsan yeyən 9 nəfər ölüb.  Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Peruda baş verib. Ölənlərin dəfndə verilən yeməkdən zəhərləndiyi bildirilir. Məlumata görə, eyni yeməkdən yeyən 20 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onların dəfn mərasimində ət xörəyi ilə mayalanmış qarğıdalı yediyi məlum olub. Hadisə ilə bağlı araşdırma …

Ətraflı oxu »

Merkel Avropadakı qaçqın qəbulu sistemini tənqid edib

Almaniya kansleri Angela Merkel bildirib ki, onun fikrincə, Avropa İttifaqında (Aİ) qaçqınların qəbulu sistemini tənzimləyən Dublin reqlamenti işləmir. O, bunu İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra deyib. Merkel həmçinin qeyd edib ki, Aİ-də miqrasiya böhranının uğurla tənzimlənməsi üçün bütün tərəflərlə, yəni həm qaçqın qəbul edən ölkələrlə, həm də miqrantları öz …

Ətraflı oxu »

Sərnişin təyyarəsi yoxa çıxdı

İndoneziyanın Papua bölgəsində Dimonin Hava Yollarına məxsus “Pilatus PC-6 Porter” tipli sərnişin təyyarəsi yoxa çıxıb. “Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, kiçik təyyarədə 2 ekipaj üzvü və 7 sərnişin olub. Onlardan biri uşaqdır. Peqununqan Bintanq bölgəsindəki sakinlər yaxınlıqda güclü partlayış səsi eşitdiklərini bildiriblər. Təyyarənin düşməsi ehtimalına qarşı bölgədə axtarışlara …

Ətraflı oxu »

“İçəri girəndə gördüm ki, Tramp məxfi sənədi yeyir…” – Sabiq köməkçidən şok açıqlama

ABŞ prezidenti Donald Tramp Ağ evdə, Oval ofisdə mühüm məxfi informasiyanın yer aldığı qeyd kağızını yeyib. Virtualaz.org xəbər verir ki, Ağ evin ictimai təşkilatlar və əhali ilə əlaqələr üzrə idarəsinin keçmiş kommunikasiyalar direktoru Omarosa Maniqolt-Nyuman bunun şəxsən şahidi olub. Keçmiş Ağ ev məmuru həmin epizoda özünün yeni çapdan çıxan kitabında …

Ətraflı oxu »