Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya (səhifə 240)

Dünya

4 qat dünya çempionu dənizdə batan adamı xilas etdi

Sardiniyada istirahətdə olan 37 yaşlı ispaniyalı üzgüçü Filippo Manyini orada əsl qəhrəmanlıq nümayiş etdirib. “Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, o, dənizdə batmaq təhlükəsi ilə üzləşən 45 yaşlı kişinin həyatını xilas edib.   “O, çox qorxmuşdu və duzlu su udmuşdu. Mən ona yetişəndə, o danışa bilmirdi. Onu sudan çıxarmaq çətin idi. …

Ətraflı oxu »

Saakaşvili Putini siçanla oynayan pişiklə müqayisə etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar qoyulmasına dair parlament çağırışından imtina etməsini şərh edib. “Qafqazinfo”nun məlumatına görə, siyasətçi bu barədə “Rustavi 2” telekanalına müsahibəsində danışıb.   “Bu, siçanla oynayan pişikdir: ölkəmiz bu vəziyyətdədir”, – Saakaşvili bildirib. Eks-prezident situasiyadan çıxış yolunu ölkə rəhbərliyinin dəyişdirilməsində gördüyünü açıqlayıb. Xatırladaq ki, “Rustavi 2” telekanalının …

Ətraflı oxu »

İmamoğlu istanbullulara daha bir ilki yaşatdı – Canlı yayım

24 iyun seçkilərində qələbə qazanan İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu öz postunda ilk dəfə Məclis toplantısı keçirib. “Qafqazinfo” xəbər verir ki, toplantı ilə bağlı Türkiyə tarixində ilk yaşanıb. Belə ki, hazırda davam edən iclas İmamoğlunun feysbuk hesabında canlı yayımlanır. Siyasətçi şəffavlığı təmin etmək üçün atdığı bu addımına görə sosial …

Ətraflı oxu »

Gürcü aparıcı efirdə Putini təhqir etdi: Prezident Zurabişvili və Baş nazirdən açıqlamalar

Gürcüstanın “Rustavi-2” telekanalında yayımlanan “P.S.” müəllif verilişinin aparıcısı Gergi Qabuniya efirdə Rusiya Prezidenti Vladimir Putini təhqir edib. Oxu.az xəbər verir ki, aparıcının bu hərəkəti siyasi gərginliyə səbəb olub. Artıq məsələ ilə bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze və Prezident Salome Zurabişvili açıqlama veriblər. Hökumət rəhbəri Qabuniyanı provakasiyada və xalqlar arasında nifaq …

Ətraflı oxu »

Moskvada ermənicə “dəli yığıncağı” – Krımı Ermənistana necə birləşdirdilər…

Ermənilərin torpaqlarımızı, maddi-mədəniyyət abidələrimizi, mətbəximizi, musiqimizi oğurlamaları yenilik deyil. Ancaq lobbiçilikdə oğurluqdan daha artıq ustalaşmış qonşularımızın bizi diaspor işində yamsılamaları sözün açığı, gözlənilməz oldu. Bir neç gün öncə Rusiya Erməniləri İttifaqı Moskvada – “Prezident Hotel”də təşkilatın yaradılmasının 20 illiyi ilə bağlı toplantı keçirib. Yığıncağa İttifaqın üzvləri, regionlardakı diaspor qurumlarının təmsilçiləri …

Ətraflı oxu »

Rusiyada benzin daşıyan maşın aşdı, üç idmançı öldü – VİDEO

Ötən gecə Rusiyanın Yekaterinburq şəhərinin yaxınlığında faciə baş verib. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, yol qəzası nəticəsində üç nəfər ölüb, daha beş nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Mənbəyə əsasən, 4,5 ton benzin yüklənmiş “Ural” avtomobilinin sürücüsü marafon yürüşü zamanı yotulmuş idmançılara onları mənzil başınacan aparmağı təklif edib. Qaçış …

Ətraflı oxu »

PKK rəhbərlərindən biri öldürülüb

Türkiyə xüsusi xidmət orqanları və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində PKK terror təşkilatının rəhbərlərin biri olan “Halmat Diyar” ləqəbli Diyar Qərib Məhəmməd öldürülüb. ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü olan 46 yaşlı terrorçunun iyunun 27-də Şimali İraqda Qəndil dağındakı Kortek …

Ətraflı oxu »

Qadın alverində suçlanan amerikalı milyarder Donald Trampın dostuymuş…

Xəbər verildiyi kimi, amerikalı milyarder və maliyyəçi Ceffri Epşteyn qadınları seksual köləliyə cəlb etmək üstündə həbs olunub. Bu ilin iyul ayının 8-də onun Nyu-Yorkun Manhetten məhkəməsinin önünə çıxarılması gözlənilir. Xüsusilə azyaşlı qızları pul müqabilində başqalarına satmaqda təqsirləndirilən iş adamının nüfuzlu siyasətçilərlə əlaqələri üzə çıxıb. ABŞ mediasının xəbərinə görə, biznesmen hazırkı …

Ətraflı oxu »

“İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı təşkilatı məhkəməyə verib

Çində rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveyanın həyat yoldaşı Qreys Men təşkilatı məhkəməyə verib. APA-nın “South China Morning Post” nəşrinə istinadən verdiyi məlumata görə, Q. Men “İnterpol”u M. Xunveyanı müdafiə edə bilməməkdə və ailəsinə kömək etməməkdə, Çinin beynəlxalq hüquqa zidd fəaliyyətinin iştirakçısı olmaqda günahlandırır. Eyni zamanda Q. Men …

Ətraflı oxu »

AKP Türkeşlə bağlı təklifi rədd etdi

Türkiyə millətçilərinin lideri olan Alparslan Türkeşin adının Bursa küçələrindən birinə verilməsi təklifini AKP üzvləri rədd edib. Teleqraf.com xəbər verir ki, Bursanın İnegöl qəsəbə bələdiyyə məclisinin MHP qrupu Alparslan Türkeşin adının bir küçə və ya məhəlləyə verilməsini təklif etsə də, bələdiyyə məclisində səs çoxluğuna sahib olan AKP qrupu bununla razılaşmayıb. AKP üzvlərinin …

Ətraflı oxu »