Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya (səhifə 230)

Dünya

Putin 2-ci dəfə eyni qadın satıcıdan dondurma aldı – Video

Rusiya Prezidenti Vladimir Putin “MAKS” aviasalonunu ziyarət edərkən qadın satıcıdan dondurma alıb. Həmin qadın ölkə başçısına 2017-ci ildə də dondurma satıb. “Qafqazinfo”nun məlumatına görə, buna “Mediazona” nəşri fikir verib. Belə ki, iki il əvvəl Putin “Rostex”in rəhbəri Sergey Çemezov və digər məmurlarla dondurma yeyib. Bu il isə o, Türkiyə Prezidenti Rəcəb …

Ətraflı oxu »

Günahsız yerə 35 il həbs yatdı, 3 milyon təzminat alacaq

ABŞ-ın Nevada ştatının sakini Keti Vuds törətmədiyi cinayətə görə 35 il həbs cəzası çəkib. “Qafqazinfo” bildirir ki, bu barədə “Daily Mail” nəşri yazıb. Nəşrin məlumatına görə, bu səbəbdən məhkəmə ona 3 milyon ABŞ dolları təzminat ödənilməsini qərara alıb. Vudsun vəkili hesab edir ki, təzminatın məbləği onun müştərisinin bu illər ərzində …

Ətraflı oxu »

Ukraynanın yeni Baş nazirinin 35 yaşı var

Ukraynanın yeni Baş nazirinin kimliyi məlum olub. Bu gün Ali Radanın yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin Baş Naziri vəzifəsinə seçilib.  Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, bundan əvvəl Ukrayna Prezidentinin aparat rəhbərinin müavini olub. 

Ətraflı oxu »

Mahmudəli Çöhrəqanlı özünü Azərbaycan şahı elan etdi – Foto

“Güney Azərbaycan Milli Oyanış Hərəkatı”nın (GAMOH) lideri özünü şah elan edib”.Reyting.az “Tvitter”-ə istinadla xəbər verir ki, Mahmudəli Çöhrəqanlı (Çöhrəqani) bu barədə öz səhifəsində bildiriş yazıb. Tvitdə deyilir: “Şəxsən GAMOH partiyasının lideri olaraq bəyan edirəm ki, ideologiyamız respublikaçılıqdan monarxiyaçılığa dəyişdi. Buna görə də, respublikaçı olmam barədə əvvəlki hesabımı ləğv edin və monarxistə …

Ətraflı oxu »

Bolton Trampın Ruhani ilə görüşməsi üçün şərtləri açıqladı

ABŞ və İran prezidentləri Donald Tramp və Həsən Ruhani arasında görüş, rəsmi Tehranın nüvə proqramı ilə bağlı yeni bir razılaşmanı müzakirə etməyə hazır olduğu zaman reallaşacaq. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton “Azadlıq” radiosuna müsahibəsində deyib.  “Görüşün baş tutması Donald Trampın mövqeyini dəyişdirməsi anlamına gəlmir. İranın lazımi olmayan işləri …

Ətraflı oxu »

CNN Ərdoğan və Putinin səmimiyyətindən yazdı: “ABŞ üçün təhlükəlidir” – VİDEO

“MAKS-2019” sərgisi çərçivəsində Rusiyaya səfər edən prezident Rəcəb Tayyib Ərdoğan və prezident Vladimir Putin arasındakı səmimiyyət ABŞ mediasında narahatlığa səbəb olub.Bu barədə Musavat.com Türkiyə mətbuatına istinadən məlumat verir.Sərgi üçün təşkil olunan açılış mərasimindən əvvəl Rusiya dövlət başçısı Putin tərəfindən qarşılanan Ərdoğan daha sonra Rusiyanın 5-ci nəsil döyüş təyyarəsi olan SU-57-lə …

Ətraflı oxu »

Məşhur yazıçı prezidentin hərəkətlərinə görə üzr istədi

Məşhur braziliyalı yazıçı Paulo Koelyo Fransa Prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makronun ünvanına kəskin ifadələr işlətmiş Braziliya Prezidenti Jair Bolsonarunun hərəkətlərinə görə fransız xalqından üzr istəyib. Sputnik Azərbaycan xəbər verir ki, Koelyo bununla bağlı “Twitter” sosial şəbəkəsində videomüraciət yerləşdirib. “Bu bir qədər kədərli video ona görə çəkilib ki, …

Ətraflı oxu »

PKK-nın silah anbarı və sığınacaqlar dağıdıldı

İraqın şimalında yerləşən Zap bölgəsində hava əməliyyatı zamanı iki PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində terrorçulara aid silah anbarları və sığınacaqlar məhv edilib, iki PKK üzvü öldürülüb. Hazırda əməliyyatlar davam etdirilir. 

Ətraflı oxu »

Prezident icra başçılarını və nazirləri məktəblərə dərs deməyə göndərir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hökumətə, bütün yüksək vəzifəli məmurların- icra başçılarının və nazirlərin həftədə 3 dəfə orta məktəblərdə mühazirələrlə çıxış etmələri ilə bağlı qaydalar hazırlaması barədə tapşırıq verib. Məqsəd cəmiyyətdə orta məktəbin nüfuzunu artırmaqdır… Məktəb təhsili ilə bağlı keçirilən yığıncaqda bu mövzunu şərh edən Prezident bildirib ki, “məktəb bizim gələcəyimiz …

Ətraflı oxu »

İranda məktəblilərə Azərbaycan türkcəsi tədris olunacaq

İranın Şərqi Azərbaycan əyalətində Azərbaycan türkcəsi tədris olunacaq. Qaynarinfo xəbər verir ki, bu barədə əyalətin Təhsil və Tədris müdiri Cəfər Paşayi məlumat verib. Onun sözlərinə görə, 23 sentyabrdan etibarən bəzi məktəblərdə Azərbaycan türkcəsi dərslərinə başlanılacaq. Dərslər həftədə 2 saat olmaqla ümumilikdə 60 saat tədris ediləcək. Bu addıma səbəb bölgə əhalisinin tələbi olub.Cəfər Paşayi qeyd edib …

Ətraflı oxu »