Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya (səhifə 188)

Dünya

Ərdoğan Türkiyə xalqına müraciət edib: “Ölüm riski yaş yüksəldikcə çox artır, evinizdən çıxmayın”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqına müraciət edib. APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsindən yayılan görüntülü müraciətdə R.T.Ərdoğan İslam aləminin mübarək Merac gecəsi münasibətilə xalqını təbrik edib və bildirib ki, yeni növ koronavirusla mübarizədə dövlətin bütün müfafiq qurumları, xüsusilə Türkiyə səhiyyəsi bütün heyətilə 24 saat …

Ətraflı oxu »

İtaliyada bir gündə 793 nəfər koronavirusdan öldü

İtaliyada koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə son sutka ərzində 793 nəfər virusdan dünyasını dəyişib, bununla da ölənlərin ümumi sayı 4825-ə çatıb.İndiyədək İtaliyada 53578 nəfərdə koronavirus aşkar edilib. 6557 yoluxma halı 24 saatda qeydə alınıb.

Ətraflı oxu »

Yeltsinin şəxsi fotoqrafı onun “iztirablı” fotosunun sirrini açıb

Boris Yeltsinin şəxsi fotoqrafı Dmitri Donskoy Rusiyanın ilk prezidentinin Çeçenistanda “iztirablı” fotosunun sirrini açıb. Lenta.ru-nun məlumatına görə, bu barədə fotoqraf-jurnalist özünün “Telegram” kanalında xəbər verib. “Çeçenistanda bir kənddə tankın üstünə çıxdım. Güclü obyektiv götürdüm, Babaya yönəltdim. O, əsgərlərlə danışırdı. Görürəm ki, Babanın üzünə yekə bir ağcaqanad qonub, …onun qanını içir. Baba …

Ətraflı oxu »

Britaniyada bir gündə 714 nəfər koronavirusa yoluxub

Böyük Britaniyada son sutka ərzində koronavirusa 714 nəfər yoluxub. APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bununla da krallıq üzrə virusa yoluxanların ümumi sayı 3983 nəfərə çatıb. Bildirilib ki, martın 20-də 66 min 976 nəfərdən test nümunələri götürülüb. Onlardan 62 min 993 nəfərində yoluxma aşkarlanmayıb. 3983 nəfərin diaqnozu isə pozitiv olub.

Ətraflı oxu »

Koronavirusdan ölənlərin sayı 10 mini ötdü

Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 10 050-yə çatıb. Dünyada ən çox ölüm hadisəsi İtaliya (3 405), Çin (3 248), İran (1 284), İspaniya (831) və Fransada (372) qeydə alınıb. “Report” xatırladır ki, infeksiya indiyədək 182 ölkə və regionda qeydə alınıb.

Ətraflı oxu »

Ermənistanda 136 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı artıb.Bu barədə Ermənistanın vahid informasiya mərkəzi məlumat yayıb. Bildirilib ki, yoluxanların sayı 136-ya çatıb. Xatırladaq ki, martın 16-da Ermənistan hökuməti koronavirusun sürətlə yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Ətraflı oxu »

Dünyada koronavirusla bağlı son durum – STATİSTİKA

Bu günədək dünyada 245 min 913 nəfər yeni növ koronavirusa yoluxub. İndiyədək virusa yoluxmuş 10 min 48 xəstə ölüb. Koronavirusa yoluxanlardan 88 min 465 nəfər sağalıb. Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, Yerdə qalan 147 min 400 nəfərdən 140 min 15-nin vəziyyəti qənaətbəxş hesab olunur. 7 min 385 xəstənin durumu …

Ətraflı oxu »

Aylar sonra Çində ilk yaşandı

Çində koronavirus epidemiyasının başlamasından bəri ilk dəfə ölkə daxilində yoluxma halı qeydə alınmayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komissiyası açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, çinli həkimlər yalnız ölkə xaricindən gələnlərdə aşkarlanan yoluxmalarla mübarizə aparırlar. Belə ki, ötən gün ərzində aşkarlanan 34 yoluxma faktının hamısı …

Ətraflı oxu »

İranda bir gündə koronavirusdan 145 nəfər öldü

İranda son sutka ərzində 145 nəfər koronavirusdan ölüb. Bu barədə İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. Onun sözlərinə görə, ölkə üzrə virusdan ölənlərin sayı 1135-ə, yoluxanların sayı isə 17 min 361 nəfərə çatıb. Bununla yanaşı, 5710 nəfər xüsusi xəstəxanalarda müalicə olunaraq sağalıb.

Ətraflı oxu »