Ana səhifə / Dünya (səhifə 181)

Dünya

Koronavirus qadağası: Bu ölkədə kişilər və qadınlar fərqli günlərdə küçəyə çıxacaq

Cənubi Amerika ölkəsi olan Peruda qəribə koronavirus qadağası tətbiq edilib. “HaberGlobal” məlumat verir ki, ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə qadınlar və kişilər fərqli günlərdə evdən çıxa biləcəklər. Perunun dövlət başçısı Martin Vizkarra açıqlama verərək, kişilərin bazar ertəsi, çərşənbə, cümə günləri, qadınların isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri …

Ətraflı oxu »

İtaliyada 14 minə yaxın insan ölüb

İtaliyada son sutka ərzində 760 nəfər koronavirusdan ölüb, 4668 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 13 min 915 nəfərə çatıb. Qeyd edək ki, hazırda İtaliyada COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 115 min 242 nəfərdir.

Ətraflı oxu »

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

ABŞ kəşfiyyatı Çinin yeni tip koronavirus epidemiyası ilə bağlı yoluxma və ölü sayını olduğundan az göstərərək, xəstəliyin əsl miqyasını gizlətdiyini iddia edir. Bu barədə “Bloomberg” adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən məlumat yayıb. Amerika kəşfiyyatı Çinin bütün dünyanı COVID-19-un əsl miqyası ilə bağlı aldatması haqqında hesabat hazırlayıb. Sözügedən hesabat ötən həftə Ağ …

Ətraflı oxu »

44 min 212 nəfər koronavirusdan ölüb – STATİSTİKA

Dünyada koronavirusa (COVİD-19) yoluxanlar və ölənlərlə bağlı yeni statistika açıqlanıb. Worldometers.info xəbər verir ki, COVİD-19 infeksiyasına yoluxanların sayı 885 min 294 nəfərə çatıb. Bu günədək 44 min 212 insan koronavirusdan dünyasını dəyişib. Virusa yoluxmuş 185 min 208 xəstə sağalaraq evə buraxılıb.

Ətraflı oxu »

Küçəyə çıxma qadağası bu ölkədə boşanmaların sayını artırdı

Çində koronavirus pandemiyası ilə əlaqədar bir çox şəhərlərdə tətbiq edilən karantinlə əlaqədar ailələrin evdə qapalı vəziyyətdə qalması boşanmaların sayını artırıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Bildirilir ki, Çinin mərkəzində Sian və Sıçuan əyalətindəki Dazou şəhərində mart ayında boşanma iddiası ilə rekord həddə müraciət olub. Mütəxəssislər bunu normal həyatda rast gəlinən …

Ətraflı oxu »

Gürcüstanda komendant saatının tətbiqinə start verildi

Gürcüstanda ümumi karantin rejimi çərçivəsində komendant saatının tətbiqinə start verilib. Saat 21:00-dan 06:00-dək davam edəcək vaxt ərzində bütün ölkə ərazisində həm piyadalar, həm də nəqliyyat vasitələrinin hərəkəti tam qadağan olunub. Gürcüstan hökuməti vətəndaşları komendant saatının tələblərinə əməl etməyə çağırıb. Qaydaları pozan fiziki şəxslər 3 min lari (910 ABŞ dolları), hüquqi …

Ətraflı oxu »

”Rusiyadakı iş adamı olan dostlarımı, həmyerlilərimi ölkmizdə koronovirusa qarşı mübarizə kompaniyasına qoşulmağa çağırıram”

“Koronovirusa qarşı mübarızəyə dəstək hər birimizin ilk növbədə insanlıq borcumuzdur. Mən də bu kampaniyaya qoşuldum. Dövlət başçısının 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna öz maliyyə köməkliyimi göstərdim. Rusiyadakı iş adamı olan dostlarımı, həmyerlilərimi də ölkəmizdə koronovirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kompaniyasına qoşulmağa cağırıram”.Bunu “LAMİNA …

Ətraflı oxu »

ABŞ-da daha 322 nəfər virusdan öldü

ABŞ-da son 24 saat ərzində 322 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə virusdan ölənlərin sayı 2513 nəfərə çatıb. Qeyd edək ki, hazırda ABŞ-da koronavirusa yoluxanların sayı 142 min 793 nəfərdir.

Ətraflı oxu »

Koronavirusdan ölənlərin sayı 34 minə çatır

Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı yenidən artıb. Azvision.az Worldometers.info-ya istinadən xəbər verir ki, hazırda COVİD-19 infeksiyasına yoluxanların sayı 723 min 279 nəfərə çatıb. İndiyədək 33 min 993 insan koronavirusdan dünyasını dəyişib. Virusa yoluxmuş 151 min 800 xəstə isə sağalaraq evə buraxılıb.

Ətraflı oxu »