Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət (səhifə 540)

Cəmiyyət

Bu saatdan sonra ictimai iaşə müəssisələrinin fəaliyyəti qadağan edildi – RƏSMİ

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində  görülən tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir. İctimai iaşə müəssisələri …

Ətraflı oxu »

Azərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.Hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq …

Ətraflı oxu »

Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi

Azərbaycan Səhiyyə Nazirinin müavini Rahim Əliyev vətəndaşlara çağırış edib.Oxu.Az-ın məlumatına görə, o, bu barədə AzTV-nin “Hədəf” verilişində deyib.Nazir müavininin sözlərinə görə, vətəndaşlar özünü qorumağa biganə yanaşmamalıdırlar. İnsan özünü mühafizə etməklə ətrafını, yaxınlarını qorumuş olacaq.“Bildiyiniz kimi, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da …

Ətraflı oxu »

Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəzər Əsgərov Salyan Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Qeyd edək ki, Salyan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəbrayıl Vəliyev bir neçə …

Ətraflı oxu »

Dərslik problemi necə həll edilə bilər – ŞƏRH

“Azərbaycanda dərslik yazmaq ənənəsi hələ formalaşmayıb”. Bunu Sputnik Azərbaycan Multimediya Mətbuat Mərkəzində keçirilən tədbirdə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, dərsliklərin hazırlanması üçün müəyyən edilmiş standartlar normaldır, ancaq bu standartları reallaşdıracaq mütəxəssis problemimiz var: “Dərsliyi kimin, harada, nə qədər vaxt ərzində yazması müzakirə predmeti olmalıdır. Qaydaların dəyişməsinə baxmayaraq, …

Ətraflı oxu »

Nərmin Şahmarzadənin atası: “Biz onunla Qurani-Kərimi oxuyub, bir yerdə analiz, müzakirə edirdik”

Feminist gənc Nərmin Şahzadənin atası Ağalar Şahmarzadə əvvəllər Sabunçu rayonu 307 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışırdı. Hansı ki, Nərmin də o məktəbin nümunəvi şagirdi olub. Ata sonradan iş yerini dəyişib. Özü etiraf etməsə də belə addım atmasının qızı ilə bağlı olduğunu deyir çoxu. İnsandır, utanıb, müzakirə açmaq …

Ətraflı oxu »

Parlamentin komitə sədri özəl sektora çağırış etdi

“Hazırda dünyada görülən bütün tədbirlərə rəğmən koronavirus epidemiyasının yayılması davam edir. Bu epidemiyanın qarşısının alınması üçün məhdudlaşdırıcı tədbirlərin paralel olaraq dünya iqtisadiyyatına, iqtisadi münasibətlərə, o cümlədən neftin qiymətinə mənfi təsirləri əsas iqtisadi risklərdəndir”. “Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. …

Ətraflı oxu »

“Azərsu” müraciətləri “Skype” və “Whatsapp”la qəbul edir

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC-də vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklər edilib.Vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet vasitəsilə “Skype” proqramı üzərindən aparılması xidməti təşkil …

Ətraflı oxu »

Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır (VİDEO)

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq hərbi hissələrdə əsgərlərin valideynlərlə görüşləri müvəqqəti dayandırılıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Müdafiə nazirinin müvafiq tapşırığına əsasən, Novruz bayramı günlərində hərbi qulluqçuların öz ailə üzvlərinə təbriklərini çatdırmaları üçün hərbi hissə ilə əsgərlərin evləri arasında videobağlantılar təşkil olunur.

Ətraflı oxu »

Bakıya gələn minlərlə maşın geri qaytarıldı – RƏSMİ

“Martın 19-u saat 00:00-dan sonra Bakı istiqamətinə hərəkət edən 2000-dən çox avtomobil geri qaytarılıb”. Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, son saatlarda avtomobillərlə gələnlərin sayında kifayət qədər azalma qeydə alınıb: “Maşınların təxminən 65 faizi Qaradağ …

Ətraflı oxu »