Ana səhifə / Cəmiyyət (səhifə 440)

Cəmiyyət

İki əsgərlə erməni postunu alıb adını Sumqayıt qoyan şəhidimiz – VİDEO

Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Səlimxan Bayramovun həyatı haqqında süjet hazırlanıb. Bununla bağlı video “YouTube” kanalında paylaşılıb. Sözügedən materialda Səlimxan Bayramovun iki əsgər yoldaşı ilə erməni postunu alması və adını Sumqayıt qoymasından da bəhs olunur. Həmin videonu təqdim edirik:

Ətraflı oxu »

Müharibədən dönən qazimizin övladları ilə görüş anı – VİDEO

44 günlük vətən müharibəsindən sonra evinə dönən qazimiz Təbriz Qorçiyevin övladları ilə ilk görüşü izləyənləri duyğulandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Qapıdan girərkən onu gözləyən üç övladına sarılan qazimiz onlarla sevincini bölüşüb. Qeyd edək ki, müharibəyə könüllü yollanan T.Qorçiyev Ağdərə və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Ətraflı oxu »

Abid Şərifovun nəvəsinin cənnət kimi istirahət mərkəzi (FOTOLAR)

Azərbaycan Baş Nazirinin sabiq müavini Abid Şərifovun Londonda yaşayan nəvəsi Nicat Mahmudovun istirahət mərkəzi üzə çıxıb.Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. O, bildirib ki, N.Mahmudova məxsus Şəki Park hotel kompleksi 4 hektar ərazini əhatə edir: “Tikili sahəsi 5 213 kv m. olan mehmanxana və kotteclərdən ibarətdir. N.Mahmudov 6 …

Ətraflı oxu »

Ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib –FOTO

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabrın 27-dən bəri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam edib. BQXK-nın baş çəkdiyi şəxslər sentyabrın 27-dən bəri saxlanılanlardır: “Biz münaqişə …

Ətraflı oxu »

Laçının azad olması şərəfinə birlikdə musiqili layihə hazırladılar – VİDEO

Amerikada yaşayan azərbaycanlı musiqiçi İmamyar Həsənov sosial şəbəkə istifadəçilərini İsrailin Anna RF musiqi qrupu ilə birlikdə ifa etdiyi “Laçın” mahnısı ilə şövqə gətirib. Həsənov bu mahnını kamançada dəfələrlə solo ifa edib, ancaq bu dəfə əcnəbi həmkarlarını da cəlb edib. Mahnı onların çox xoşuna gəldiyindən ifa zamanı heç bir problem yaranmayıb. Musiqiçi deyib ki, bu …

Ətraflı oxu »

Düşmənin kabusuna çevrilmiş “Rembo” ləqəbli zabitimiz – Video

Şanlı qələbəmizi bizə bəxş edən şəhidlərimizdən biri də baş leytenant Anar Məmmədovdur.  Azərbaycan Televiziyası “Rembo” ləqəbli zabitimiz haqqında süjet hazırlayıb. Süjetdə düşmənin kabusuna çevrilmiş A.Məmmədovun qəhrəmanlıqlarından, döyüş yoldaşlarını xilas etməsindən söhbət açılıb. Sözügedən süjeti təqdim edirik: 

Ətraflı oxu »

“Qışqırığı yadımdan çıxmır, sinəsini qabağa verərək mənfur düşməni məhv edirdi…”- FOTOLAR

Şəhid Raul Piriyev 1997-ci il iyunun 4-də Şəmkirdə doğulub. Məktəbdə və universitetdə hər zaman nümunəvi olan əlaçı Raul ali təhsilini başa vurduqdan sonra 2019-cu ildə Cəlilabadda hərbi xidmətə yollanıb. Əsgərliyinin bitməsinə sayılı günlər qalmışdı. Ailəsi, yaxınları onun yolunu səbirsizliklə gözləyirdi. Raulun atası Zabit Piriyev Moderator.Az-a bildirib ki, oğlu ilə sonuncu telefon danışığını …

Ətraflı oxu »

Qələbə paradında nələrin nümayiş olunacağı açıqlandı – VİDEO

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də …

Ətraflı oxu »

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi raportunun videosu yayılıb.Video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və hər kəsi kövrəldib. R.Qəmbərov müharibədə ayağının birini və gözlərini itirib. Həmin videonu təqdim edirik:

Ətraflı oxu »