Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət (səhifə 4)

Cəmiyyət

Azərbaycanda 60 yaşdan sonra evlənənlər: Yaşlı xanımların gənc bəyləri

Araşdırmalar göstərir ki, Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var. Modern.az saytının bununla bağlı Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda maraqlı rəqəmlər var. Statistikaya görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1 100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı …

Ətraflı oxu »

İşdən çıxarılan müdir xəstəxana direktorunu söydü

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi xəstəxanada səs-küy saldığı üçün saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, 18 dekabr 2023-cü il tarixdə Məmmədtağı Əhmədovun əmri ilə anbar müdiri Zaur Kərimov (ad şərti) məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılıb. O, dəfələrlə xəstəxananın rəhbərliyinə işdən çıxarılma səbəbinin açıqlanması ilə bağlı müraciət …

Ətraflı oxu »

“Analar oğullarını görmək istədiyi ər kimi böyüdür“ – VİDEO

Psixoloq Samirə Bağırova ailə mövzusu barədə verdiyi açıqlama ilə diqqət çəkib. Milli.Az bildirir ki, o, bəzi qadınları düzgün övlad tərbiyə etməməkdə günahlandırıb. Psixoloq qadınların həyat yoldaşlarında gözləntilərini ala bilmədikləri üçün öz oğullarını görmək istədiyi ər kimi böyütdüyünü deyib. O, oğlan uşaqlarında qadınlaşma problemini də bununla əlaqələndirib. Ətraflı videomaterialda: https://newstube.az/embed/166329

Ətraflı oxu »

Zaur Rzayev: “Gərək yersiz danışasan ki, seviləsən”

“Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var”. Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev verilişlərin birində deyib. Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib:“Yalan ayaq tutar, amma yeriməz!”. Təsəvvürünüzə …

Ətraflı oxu »

“Restorana xanımla getməyəndə buraxmırlar”- Hökumət yeni qayda hazırlayacaq?

Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilməsi müştərilərin narazılığına səbəb olur. Masa rezerv etmək üçün zəng edən müştərilərə iaşə obyektlərinin əksəriyyətində bildirilir ki, karta pul atmasalar, sifarişləri mümkün olmayacaq. Ondan əlavə, restoranlarda 10-15, hətta 25 faizə qədər servis haqqı alınır. Xidmət sektorlarında bu cür tələblərin olması qanunla necə müəyyənləşdirilır?  Mövzu …

Ətraflı oxu »

Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb

Gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir. Hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi …

Ətraflı oxu »

“Tamaşaçı bunlardan bezib hər şeyin sərhəddi var”

“Qadın həmrəyliyi bir yana, mən heç kişiyə qarşıda belə etmərəm. Hamımız valideynik. Hər şeyin sərhəddi var, çərçivəni keçmək olmaz”. Axşam.az bildirir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib. O, reytinq xatirinə proqramında şou yaratmağı sevmədiyini deyib: “Bəzi telekanallarda sərhəddi ola bilsin ki, keçirlər. Deyirlər, nə yaxşı bunu etdim. Keçdi …

Ətraflı oxu »

Bu gün Ramazan bayramıdır

Azərbaycanda aprelin 10 və 11-i Ramazan bayramı qeyd olunur. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur. Orucluq öz tarixinə …

Ətraflı oxu »

Leyla Əliyevadan Əminə ilə bağlı PAYLAŞIM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qızı Əminəni ad günü münasibətilə təbrik edib. Belə ki, L.Əliyeva bu barədə instaqram səhifəsində yazıb. “Əminəni ad günü münasibəti ilə təbrik edirəm! Allahdan dünyanın bütün uşaqlarına cansağlığı diləyirəm! Hamıya təşəkkür edirəm”, – paylaşımda qeyd olunub.

Ətraflı oxu »