Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 5)

Cəbhə Xəbərləri

Qarabağda antiterror tədbirlərinə başlanıldı – MN

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu barədə “ Azinforum.az ” – a Müdafiə …

Ətraflı oxu »

AAYDA-nın 2 əməkdaşı Xocavənddə mina partlayışı zamanı həlak olub

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Nəticədə agentliyin 2 əməkaşı – 21.11.1970-ci il təvəllüdlü …

Ətraflı oxu »

Azərbaycan MN Ermənistanın açıqlamasını təkzib etdi

Sentyabrın 14-ü saat 22:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə “Qafqazinfo”ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – hərbi qurum bildirib.

Ətraflı oxu »

Şəhid olan hərbçilərimizin FOTOLARI

Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub. Musavat.com Zərdab rayon Gödəkqobu kənd sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Taleh Saleh oğlu Əliyevin, …

Ətraflı oxu »

Erməni silahlıları sərnişin təyyarələrinə radiomaneələr tətbiq ediblər

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının …

Ətraflı oxu »

“Sülh sazişi yoxdursa, ermənilər müharibəyə hazır olmalıdır” – Polkovnik

“Ermənistanın şərti sərhəddə atəşkəsi pozması birinci dəfə deyil. 44 günlük müharibədən sonra rəsmi İrəvan siyasi vəziyyətə görə addımlarını daşıyır və birbaşa atəşkəsin pozulması hallarına səbəb olur”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev sərhəddə baş verən döyüşlərə münasibət bildirərkən deyib.  Xatırladaq ki, hazırda Ermənistan-Azərbaycan şərti sərhədinin Kəlbəcər-Basarkeçər rayonları istiqamətində şiddətli …

Ətraflı oxu »

MN: “Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur”

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Ətraflı oxu »

Bu istiqamətlərdə mövqelərimiz atəşə tutuldu

Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlər görülüb.

Ətraflı oxu »

Gələn il Azərbaycan və Türkiyə orduları birgə hərbi təlimlər keçirəcək

Azərbaycan və Türkiyə orduları 2024-cü ildə birgə hərbi təlimlər keçirəcək. Bu məsələ Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşündə müzakirə olunub. Qardaş ölkə ilə birgə keçirilən ikitərəfli və çoxmillətli təlimlərin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin …

Ətraflı oxu »

Daha bir əsgər özünü GÜLLƏLƏDİ

Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam …

Ətraflı oxu »