Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 42)

Cəbhə Xəbərləri

Tərtəri heç siz də sevmədiniz… – Kənan RÖVŞƏNOĞLU

2000-ci illərin əvvəlləri idi. Bakıda, Nizami rayonunda kirayədə qalırdıq. Blokumuzun qarşısında Qarabağ müharibəsi şəhidinin şəkli ilə düzəldilmiş bulaq bardı, əslində ona su kranı da demək olardı. Eşitmişdik ki, bu binanın sakini imiş, gənc yaşda Qarabağda şəhid olub. Yaşlı bir kişi vardı, şəhidin atası, ara-sıra həyətdə qarşımıza da çıxırdı. Bir gün …

Ətraflı oxu »

Cəvizə həsrət qarğalar… – Ülvi Hüseynli

Dağ kəndlərində hər fəsil kimi yaz da bir başqa olur. Söz vaxtına çəkər. 10 yaşım olardı, kəndimizə yaz fəsli həmişəki kimi arandan 20 gün sonra qədəm qoymuşdu. Bir tərəfdən qışın qəddini təzəcə qıran günəş isti şəfəqləri ilə təbiəti oyatmağa tələsir, bir tərəfdən isə dağların hörükləri kimi uzanan, əriyən qarın qol-qanad …

Ətraflı oxu »

Ölkəni fındıqburun qızlar bürüyüb

  Bu hadisəni mənə bir həkim danışdı. Lap əvvəldən danışım. Eybəcər qız banklardan birinə gedərək kreditə 1000 manat pul götürüb. Onu xərcləməyib. Biznes qurmaq üçün də bu məbləğ azdır deyə ilk ideyasınının üstündə dayanıb. İdeya belə olub: “Mən gözəlləşməsəm, bu həyatda heç nəyə nail ola bilməyəcəyəm”. Və ilkin addımlarını atıb. …

Ətraflı oxu »

Qarnınız qədər başınızın haqqında da düşünsəniz – Aysel Əlizadə

Marketlərimizdə həmişə basabas olur. Restoranlarda yer tapılmır. Elə ki yay gəldi, bir istirahət mərəzində gecələməyə otaq qalmır. Ömrü boyu da yoxsulluqdan şikayət edirik. Mən üsyandan öncə Misirdə olmuşdum. Qahirənin mərkəzində bir dənə sağlam inomarka tapmazdız. O sınıq-salxaq maşınları biz özümüzə yaraşdırıb sürmərik. Mən başa düşürəm ki, ölkədə vəziyyət yaxşı deyil. …

Ətraflı oxu »

“Alayarımçıq müxbirlər”in cəviz sevdası – Sahil Tahirli yazır

Dəsgahdı vallah… Bu sosial şəbəkələr çoxlarını “analitik”, “politoloq”, “təhlilçi”, “falabaxan”, “qəzəlxan”, “mərsiyəxan”, “masabəyi” və sair və ilaxır edib. Əlinə telefon alan nə gəldi çəkir, yazır, şərh edir, moizə oxuyur, bir sözlə, min oyundan çıxır. Düzdür, dövrümüzdə sosial şəbəkələrdən bacarıqla istifadə edən, lazımi informasiya alan, ağıllı təbliğat işi aparanlar da yetəri …

Ətraflı oxu »

Qarabağ problemində 5 rayon illüziyası… – Qulu MƏHƏRRƏMLİ

Qarabağ danışıqlarında Rusiyanı əvvəldən Minsk qrupunda təmsil etmiş Vladimir Kazimirov, yəqin ki, çoxlarının yadındadır. Ona bu problem barədə sual verəndə adam işgüzar görkəm alıb o qədər uzun, yayğın və mənasız danışırdı ki, lap bezirdin. Kazimirovu xatırlayanda indi də onun üçün dəfələrlə mikrofon saxlamış biləklərim gizildəyir. Nə qədər sözünü kəsirdin, nə …

Ətraflı oxu »

“Məni öldürmədiyin üçün sənə təşəkkür edirəm!”

Məmməd Araz küçəsi ilə mərkəzi prospektə doğru irəliləyərkən yanımdan qara rəngli bir “Gelandewagen” keçdi. Maşının uzaqlaşmasına imkan verməyib, sürücüyə əl elədim. Bu jestimi güzgüdə görən oğlan dərhal əyləci basdı. Almaniya istehsalı olan bu nəhəng maşına yaxınlaşanda, sükan arxasında əyləşmiş gənc şüşəni aşağı endirib, ədəblə salam verdi. Onun salamını alsam da, …

Ətraflı oxu »

Vicdanını pula satan nadanlar… – Sahil Tahirli

Qədim yunan müdriki Sinoplu Diogen günün-günortaçağı əlində lampa ilə dolaşan zaman ondan nə axtardığını soruşanlara “İnsan axtarıram”, – deyə cavab verir. Dostlar, bu həmin Diogen idi ki, o, bir gün şəhərin mərkəzində moizə deməyə başlayır. Ancaq kimsə ona qulaq asmır. Bunu görən filosof quş kimi cikkildəyir. Bundan sonra ətrafına xeyli …

Ətraflı oxu »

Tramp uydurma “erməni genosidini” əslində tanıdı, inanmırsız?

Ziyanlı 24 aprel ənənəsindən imtina olunacağını gözləyirdik, lakin… Bütün türk dünyasında olduğu kimi, biz azərbaycanlılar da aprelin 24-də sevindik ki, prezident Tramp ABŞ prezidentlərinin ənənəvi 24 aprel bəyanatında “erməni genosidi” ifadəsini işlətmədi. Əcəb sevinc və qürur mənbəyi tapmışıq. Bu sevincə onunla haqq qazandırırıq ki, cənab Tramp ermənilərin gözləntisini gözlərində qoydu …

Ətraflı oxu »

Mən niyə oğluma 400 manata velosiped ala bilmirəm?

Bu günlərdə çox pərişanam. Həm də çox pərişan. Qızının 400 min manatlıq toy söhbəti ilə dilə-dişə düşən ölkənin baş liftçisi də heç mənim qədər pərişan deyil. Onun nə vecinə? Bu dedi-qoduların sonunda  uzaqbaşı işini itirəcək. Amma qazandıqları əminəm ki, itirdiyindən, və yaxud itirəcəyindən qat qat çoxdur. Bir toya yarım milyon …

Ətraflı oxu »