Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 4)

Cəbhə Xəbərləri

Bakı Xankəndini ATƏŞƏ TUTMUR – RƏSMİ AÇIQLAMA

Azinforum.az: – Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Bu barədə Azinforum.az – a Müdafiə Nazirliyindən bildirilib.Məlumatda daha sonra deyilir: “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik.Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı …

Ətraflı oxu »

Ermənilər səngərdən qaçır – Video

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı antiterror tədbirləri davam edir. “ Azinforum.az ” xəbər verir ki, Müdafiə Nazirliyi qarşı tərəfin səngərdən qaçmasına dair görüntürlər yayıb. Həmin görüntüləri təqdim edirik: https://qafqazinfo.bax.tv/embed/184668.html

Ətraflı oxu »

Ordumuz dəqiq zərbələr endirir – Video

Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilir. Bu barədə “ Azinforum.az ” – a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. https://qafqazinfo.bax.tv/embed/184664.html

Ətraflı oxu »

Müdafiə Nazirliyi brifinq keçirib

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib. O bildirib ki, keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrin məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd …

Ətraflı oxu »

Qarabağdan 7 min mülki erməni təxliyə olunub

Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonunun ermənilər yaşayan ərazilərindən 7 min mülki erməni təxliyə olunub. Bu barədə qondarma rejim məlumat yayıb. Qeyd edək ki, başladılan antiterror tədbirləri zamanı Azərbaycan ordusu tərəfindən mülki şəxslər və mülki inrastruktur hədəf alınmır.

Ətraflı oxu »

60-dan çox döyüş mövqeyi ORDUMUZUN NƏZARƏTİNƏ keçdi – RƏSMİ

Müdafiə Nazirliyi növbəti dəfə brifinq keçirir. Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov lokal antiterror tədbirləri barədə son məlumatları elan ictimaiyyətin doqqətinə çatdırır. Keçirilən antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 60-dan çox döyüş mövqeyi ordumuzun nəzarətinə keçib. Bundan başqa, ermənilərə məxsus 20-ədək hərbi təyinatlı avtomobili, 40-dan çox artilleriya qurğusu, …

Ətraflı oxu »

Xankəndidə TOR Zenit-Raket kompleksi belə məhv edildi – Video

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus “Tor” zenit-raket kompleksi məhv edilib. “Qafqazinfo” xəbər verir ki, Xankəndidə qeydə alınan videogörüntüləri “Caliber” yayıb. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda antiterror tədbirlərinə başlanıldığını açıqlayıb. https://qafqazinfo.bax.tv/embed/184577.htmlhttps://t.me/qafqazinfo/29312?embed=1

Ətraflı oxu »

Ağdam artilleriya atəşinə tutulur

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur. Bu barədə “ Azinforum.az ” – a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Ətraflı oxu »