Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 24)

Cəbhə Xəbərləri

Azərbaycanlı əsirlərə bu kəndə daş döşədiblər – Foto

Bu ilin fevral ayının 23-də Xocavənd rayonu Edilli kəndi ərazisində azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib. Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyevin Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verdiyi ifadələr əsasında Edilli kəndi ərazisində kütləvi məzarlığın yerinin müəyyənləşdirilməsi mümkün …

Ətraflı oxu »

Azərbaycan hərbçiləri Xocalıda ermənilərə xəbərdarlıq etdi: “Ərazini tərk edin” – VİDEO

Azərbaycan hərbçiləri bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocalı rayonu, Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edib. Bu barədə Caliber.az-a hərbi mənbələrdən məlumat daxil olub. Həmin xəbərdarlıqda deyilir: “Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi …

Ətraflı oxu »

“İtkilər arasında hərbçilərimiz yoxdur” – Ukrayna Silahlı Qüvvələri

“Wall Street Journal” jurnalı ukraynalı mənbələrinə istinadən Donbasda əməliyyat zamanı Ukraynanın yüzlərlə hərbi qulluqçusunun həlak olması barədə məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy isə ukraynalı hərbçilərin həlak olması barədə məlumatları təkzib edib. “Hazırda ukraynalı hərbi qulluqçular arasında itki yoxdur. Biz öz torpağımızdayıq və …

Ətraflı oxu »

Ermənilər Laçını atəşə tutdu

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

Ətraflı oxu »

Kəlbəcər istiqamətində yenidən gərginlik yarandı

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan bölmələrinin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Ətraflı oxu »

Sərhədçilərə atəş açıldı, yaralananlar var – Fotolar

Narkotik qaçaqmalçıları sərhədçilərə atəş açıb, xəsarət alanlar var. Bu barədə Azinforum.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, fevralın 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin “Kələdəhnə” sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu …

Ətraflı oxu »

Ordumuzda NƏ BAŞ VERİR? – İmkanı olan büdcəni dağıdıb…

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib. Hərbi Prokurorluqdakı mənbənin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan …

Ətraflı oxu »

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Azinforum.az -a Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. …

Ətraflı oxu »

Tərtər istiqamətində mövqələrimiz atəşə tutuldu

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Hadisə …

Ətraflı oxu »

Kəlbəcərdə nəşi tapılan hərbçimizin son görüntüsü – VİDEO

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən baş leytenant Fuad Bağırov şəhid olub. Şəhidin son videogörüntüləri yayılıb. Belə ki, o, videonu oğlu üçün çəkərək, onun üçün darıxmamasını, bir müddət sonra onun yanına gələcəyini deyib. “Yeməyini ye, ağlama, ananı da incitmə. Ata gələcək, inşallah” …

Ətraflı oxu »