Cümə , Aprel 19 2024
Ana səhifə / Cəbhə Xəbərləri (səhifə 10)

Cəbhə Xəbərləri

Vətən Müharibəmizin bilinməyən detalları: Qaraxanbəyli əməliyyatı – FOTOLAR

Vətən Müharibəsi zamanı Füzuli istiqamətində keçirilən genişmiqyaslı əməliyyat, ələlxüsus da Qaraxanbəyli kəndi ətrafında gedən döyüşlər “blitskriq” (Blitzkrieg) – yəni “ildırım sürətli müharibə” taktikasına aid oluna bilər.Ordumuz təmas xəttini yarandan sonra düşmənin Qaraxanbəyli ətrafındakı müdafiə zolağı sürətlə irəliləməyimizi əngəlləyə bilərdi. Zolaq istehkam cəhətdən güclü hazırlanmasa da, şəxsi heyətin sayı, təminatı və …

Ətraflı oxu »

Zakir Həsənov döyüş hazırlığını yoxlayıb tapşırıqlar verdi – Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib. Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, …

Ətraflı oxu »

Nə qədər ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə illik məlumat yayıb. ANAMA-dan verilən xəbərə görə, bu ilin yanvar-dekabr ayı ərzində Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə isə …

Ətraflı oxu »

“Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu” – NAZİR

“Hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu”. “Report”un Ankara bürosunun məlumatına görə, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə …

Ətraflı oxu »

“Azərbaycan Ordusu ermənilərin mövqelərinə atəş açmayıb”- MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – …

Ətraflı oxu »

271 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb. ANAMA-dan verilən məlumata görə, dekabrın 5-dək 10-a dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, tank əlehinə 3 və 47 Partlamamış Hərbi Sursat …

Ətraflı oxu »

FHN saatda 1500 kv metr ərazini minadan təmizləyə bilən robotlar aldı

Yeni mina təmizləyici robotların əsas göstəricisi odur ki, bir saat ərzində 1500 kvadratmetr ərazini minalardan təmizləyə bilir. Bu barədə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexnika və İstehkam Şöbəsinin rəisinin köməkçisi, baş leytenant Anar Bayramov deyib. Anar Bayramovun sözlərinə görə, sözügedən mina təmizləyici robotlar uzaq məsafədən idarəetmə qabiliyyətinə malikdir. …

Ətraflı oxu »

Sülhməramlıların yerləşdiyi ərazidən mövqelərimiz atəşə tutuldu

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ətraflı oxu »

MN-dan sülhməramlıların komandanlığına ÇAĞIRIŞ

Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığına çağırış edib. Nazirliyin yaydığı açıqlamada bildirilir ki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq.

Ətraflı oxu »