Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Bölgələr (səhifə 6)

Bölgələr

Şuşaya çəkilən yeni avtomobil yolu bu il istifadəyə veriləcək (FOTOLAR)

Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən, 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun böyük hissəsinin inşası başa çatıb. Bunu işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib. “Böyük ehtimalla, bu ilin sonuna qədər yolun inşası …

Ətraflı oxu »

Gəncədə yaşı üç min ili ötən kurqanlar təhlükədə – VİDEO

Tikinti işlərinin ərazisi genişlənərsə mühüm tarixi faktların tədqiq olunması perspektivi təhlükə altında qala bilər. Söhbət Gəncə ərazisində 2017-ci ildə aşkar olunmuş kurqanların taleyindən gedir. Ərazidə ilk arxeoloji tədqiqat 2017-ci ilin payızında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun xüsusi ekspedisiyası tərəfindən aparılıb. Yaşı təxminən 3.300 il olan, son Tunc dövrünə aid kurqanlar …

Ətraflı oxu »

Goranboy-Naftalan-Tərtər yolunda sel suları nəqliyyatın hərəkətində çətinlik yaratdı – FOTO

Goranboy-Naftalan-Tərtər yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yerləşən körpünün yaxınlığında sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb. Güclü yağışdan sonra yaranan problemlər avtomobillərin hərəkəti ilə yanaşı, həmçinin nəqliyyat vasitələrinə ziyan da vurub. Nəticədə avtomobillərdə nasazlıq yaranıb və yolda qalıblar. Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

Ətraflı oxu »

İcra başçısı üçün 57 minə xidməti avtomobil – Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb.  Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib.  Təchizatçının kimliyinə gəlincə, bu, “Auto Azərbaycan” MMC-dir. “Auto Azərbaycan” MMC “Hyundai” şirkətinin Azərbaycandakı distribütorudur. İddialara görə, xidməti minik …

Ətraflı oxu »

Naxçıvanda əhalinin sayı bir ilə 2 min 862 nəfər artıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il öncəyə nisbətən 0,6 faiz artıb.Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, 1 fevral 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 862 nəfər və ya 0,6 faiz artaraq 468 min 753 nəfər olub.

Ətraflı oxu »

Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır – VİDEO

Yayda içəriyə toz-duman dolur, qışda isə yağış damır. Lənkəranın mərkəzi bazarından gün ərzində 45-dən çox avtobus rayonun kənd və qəsəbələrinə sərnişin daşıyır. Lakin marşrut avtobuslarının əksəriyyəti köhnə və sınıq-salxaq vəziyyətdədir. Sakinlər bildiriblər ki, sərnişin avtobusları köhnə olduğundan yağış yağarkən avtobusun içərisinə su dolur. Avtobusların yeniləri ilə nə zaman əvəzlənəcəyini öyrənmək məqsədi ilə …

Ətraflı oxu »

Bölgələrimizdəki teatrların vəziyyəti necədir?

Azərbaycanda ən çox teatr binası paytaxtda yerləşir. Teatrımızın 151 yaşı olmasına baxmayaraq hələ də bəzi bölgələrdə daimi teatrlar fəaliyyət göstərmir. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Dövlət Dram Teatrı Bakıya köçüb. Hazırda paytaxtda tamaşaçılarını qarşılayan teatrın gələcək zamanda öz doğma yurdunda fəaliyyətini davam etdirəcəyi gözlənilir. 1993-cü il Bakıda ilk …

Ətraflı oxu »

Qarabağda tikilən ev və obyektlərin istismarına rəsmi icazə verilməyib

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, son 3 il ərzində işğaldan azad olunan ərazilərdə hər hansı yaşayış evi və sosial-mədəni obyekt istifadəyə verilməyib.Yeniavaz.com-un məlumatına əsasən, Komitənin rəsmi saytında dərc olunan statistik məlumatlardan belə görünür ki, 2021, 2022 və 2023-cü illər ərzində işğaldan azad olunan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər və …

Ətraflı oxu »

Salyanda kanalizasiya çəkməyə gəldilər, yolları bərbad hala saldılar… – FOTO 

Salyan şəhər Yeni Yaşayış Massivində yaşayan sakinlər küçələrin vəziyyətindən narazıdırlar. Sakinlərin sözlərinə görə su-kanalizasiya qazıntısı ilə bağlı işlər aparılan zaman yollar keçilməz duruma düşüb. Uşaqların məktəbə getməsindən tutmuş, təcili yardım xidmətindən istifadə etməyin qeyri-mümkün olmasına qədər yaşanan bir çox problemlər sakinlərin narazılığını artırmaqdadır. Sakinlər Bizim.Media-ya bildiriblər ki, qazıntı işlərinə qədər yaşayış …

Ətraflı oxu »

“10 şəhid vermiş bu kənd aidiyyatı qurumların yadından çıxıb” – VİDEO

Əliyev Zahir Sədi oğlu.4 yanvar 1987-ci ildə Lerik rayonunun Soru kəndində anadan olub. O, Təhsin Cəfərov adına Lerik rayon Soru kənd orta məktəbini bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət …

Ətraflı oxu »