Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr (səhifə 16)

Bölgələr

Şamaxıda polis vətəndaşı güllələyib qətlə yetirdi

Ötən gün – dekabrın 21-də polis əməkdaşı vətəndaşı güllələyib.Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir.“Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin …

Ətraflı oxu »

Xankəndiyə ilk bu şəxslər köçürüləcək – VİDEO

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.  Bununla bağlı İctimai Televiziyada süjet yayımlanıb. Bildirilib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görülür. Daha ətraflı videomaterialda:

Ətraflı oxu »

Xaçmaz sakini işdən niyə çıxarıldığını bilmədiyini deyir

Qazi atası:“Psixi pozuntusu olan oğluma necə başa salım ki, sənin gündəlik çəkdiyin siqareti almağa imkanım çatmır?” Xaçmazın Sayad kənd sakini Həzi Axundov “Xaçmaz Aqropark”dan qanunsuz olaraq işdən azad edildiyini deyir. Meydan TV-yə müraciət edən Həzi Axundov bildirib ki, ailədə yeganə işləyən odur. Oğlu Ümid Axundov Qarabağ Müharibəsində döyüşlər zamanı yaralanıb, …

Ətraflı oxu »

Xocavənddə məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə partlayıcı tələ qurğusu aşkarlanıb. ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı məktəbin sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının …

Ətraflı oxu »

Lerikdə evdə qaz balonu partlayıb, ər və arvad xəsarət alıb

Lerikdə evdə maye qaz balonu partlayıb. Hadisə nəticəsində rayonunun Noda kənd sakinləri, 1969-cu il təvəllüdlü Asif Əliabbas oğlu Məmmədov və onun həyat yoldaşı 1970-ci il təvəllüdlü İlhamə Mürsəl qızı Məmmədova ağır xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, İ.Məmmədovanın vəziyyəti daha ağırdır və o dərhal …

Ətraflı oxu »

Naxçıvanda dəmir yolu ilə sərnişindaşıma dayandırıldı

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “Naxçıvan Dəmir Yolları” MMC gələn il yanvarın 1-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq. Bu barədə şirkətdən məlumat verilib. Bildirilib ki, son vaxtlar ADY ölkəmizdə əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri aparır, dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində …

Ətraflı oxu »

Xaçmazın iki qəsəbəsində evləri və obyektləri su basdı – Video

İntensiv yağışlar nəticəsində Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub:“Hazırda nazirliyin qüvvələri tərəfindən …

Ətraflı oxu »

Məktəbdə qalmaqal: Direktor müəllimi döyüb? – VİDEO

Samuxda müəllimlə direktor arasında insident baş verib. 48 yaşlı ibtidai sinif müəlliminin 38 yaşlı direktor tərəfindən döyüldüyü iddia edilib. Söhbət Samuxun Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdən gedir. İbtidai sinif müəllimi Şəhla Qasımovanın sözlərinə görə, direktor onu telefona cavab vermədiyi üçün uşaqların gözü qarşısında təhqir edib: “Qeyri-iş günü …

Ətraflı oxu »

Bələdiyyə sədri ilə icra nümayəndəsi arasında borc qalmaqalı (FOTO)

Quba rayonunun Digah – Xucbala bələdiyyəsinin sədri Veysəl Əhmədov Quba Rayon İcra Hakimiyyəti başçısının Xucbala kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Piroğlan Abdullayev barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı rəsmi xəbərdarlıq edib. “Report”un Şimal bürosunun məlumatına görə, buna səbəb icra nümayəndəsinin bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsinin icarəhaqqını ödəməməsidir. Belə …

Ətraflı oxu »

Kürdəmirdə 8-ci sinif şagirdi “ərə verilir”? – Video

Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasiminin əks olunduğu görüntülər yayılıb.Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb.O bildirib ki, Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasimi  görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı Dövlət Komitəsinə daxil olan məlumat dərhal Kürdəmir rayon …

Ətraflı oxu »