Ana səhifə / Bölgələr (səhifə 14)

Bölgələr

Qazaxın işğal altındakı kəndlərinin görüntüləri – Video

Qazaxın 7, Sədərəyin isə 1 – Kərki kəndi 30 ildən çoxdur ki, işğal altındadır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının əsas müddəlarından biri bu kəndlərin geri qaytarılmasıdır. Xezerxeber.az-ın əməkdaşları Qazaxın işğal altında olan kəndlərinin ən son görüntülərini lentə alıblar. Bir vaxtlar 8 minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.

Ətraflı oxu »

Suqovuşan belə qurulur – Video

Suqovuşanda quruculuq işləri davam etdirilir. Bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb. Qeyd edilib ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5 km yol çəkildi. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirildi. Həmçinin alternativ yol da istifadəyə verildi. Düşmənin illər ərzində söküb daşıdığı, yararsız …

Ətraflı oxu »

Qəbələdə 700 minlik yol təmiri – Tenderin qalibi yenə ATF MMC seçildi

Tender kralı kimi tanınan ATF MMC 2023-cü doqquzuncu iri məbləğli tenderin qalibi olub.  Qaynarinfo xəbər verir ki, şirkətin bu dəfə qalib gəldiyi tenderi Qəbələ Rayon İcra Hakimiyyəti keçirib.  Tender Qəbələ şəhərinin küçə və dalanlarına asfalt örtüyünün çəkilməsi işlərinin satınalınması ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 698 650,45 …

Ətraflı oxu »

Hacıqabulda xəstəxananın rentgen kabineti bağlandı – Fotolar

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının rentgen kabinetində yoxlama keçirilib.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Bildirilib ki, yoxlama zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.“Aşkar edilmiş pozuntularla …

Ətraflı oxu »

Göyçay və Ağdaşdan şikayət var: “Kəndlinin bazarı ölüb”

İqtisadçı: daxili ticarətdə və sahibkarlıqda monopoliya ləğv edilməli, Azərbaycan güzəştli ticarət sazişlərinə maraqlı olmalıdır “On ildən çoxdur ki, bağımda 104  heyva ağacı əkmişəm. Ötən ildən həm məhsul az oldu, həm də satışı 20 qəpiyi keçmir. Bu il 80 ağacdan 2 ton məhsul yığmışam. Bir aydır ki, tökülüb qalıb, gəlib soruşan …

Ətraflı oxu »

Xankəndidən unikal görüntülər – Video

Qarabağ Universiteti öz müəllimlərini və tələbələrini qarşılamağa hazırdır. Bu barədə AzTV-də yayımlanan “HƏFTƏ” ictimai-siyasi proqramında bildirilib. Sujetdə daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutunun ləğvi və onun istiqamətini dəyişəcək Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, Qarabağ regionunda təhsil ənənəsi tarixən mövcud olub. Burada orta təhsil müəssisələrilə yanaşı musiqi …

Ətraflı oxu »

İran Naxçıvana yeni Baş konsul təyin etdi – Foto

İran Naxçıvana yeni Baş konsul təyin edib. Əziz Mənsuri İranın Naxçıvan Muxtar Respublikasındakı yeni Baş konsulu təyin olunub. O, bu vəzifədə Seyid Əhməd Hüseynini əvəz edib. Qeyd edək ki, yeni Baş konsul Təbrizdə Şərqi Azərbaycan valisi ilə görüşüb. Əziz Mənsuri görüşdə Naxçıvan Muxtar Respublikası ilə münasibətlərə toxunaraq İran və Azərbaycan …

Ətraflı oxu »

“Məhkəmə fırıldaqla evimin əlimdən alınmasına, ailəmin çöllərdə qalmasına göz yumdu”

Göyçay sakini: “Hüquq-mühafizə orqanları tədbir görməlidir ki, başqa ailələrin başına eyni oyunlar açılmasın” Göyçay rayonu Potu kənd sakini Elşad Abdullayev evinin əlindən alındığını, məhkəmənin də buna göz yumduğunu deyir. Onun sözlərinə görə, nəticədə ailəsi, iki azyaşlı uşağı ağır vəziyyətdə qalıb. “Nə bilim ki, evimdə çörək kəsən adam belə şey eləyər…” …

Ətraflı oxu »

İTSDA müqavilə olmadan şirkətin Laçında təmir işləri aparmasına icazə verib – Fotolar

Laçın şəhərindəki binanın rayonun mərkəzi xəstəxanası kimi fəaliyyət göstərməsi üçün əsaslı təmir olunması istiqamətində işlərin görülməsinə başlanmasından sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) bu işi görən şirkətlə müqavilə bağlayıb.Bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı məlumat yayıb.“Beş gün qabaq (24 noyabr – red.) Laçın Rayon Mərkəzi Xəstəxanası Feysbuk səhifəsində …

Ətraflı oxu »