Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma (səhifə 550)

Araşdırma

Bakının mərkəzindəki klinikada qadına qarşı CİNAYƏT

Bakının Yasamal rayonunda yaşayan qadın işlədiyi klinikada əl çantasının oğurlanması ilə bağlı polisə müraciət edib. 27 yaşlı Xəlilova Mətanət Teymur qızı polis bölməsinə müraciətində qeyd edib ki, klinikada operator işləyir və əl çantası iş otağından naməlum şəraitdə oğurlanıb. Şikayətçi əlavə edib ki, çantada 130 manat pul, bank kartı, şəxsiyyət vəsiqəsi …

Ətraflı oxu »

Elçin Sadıqovun anası qətldə suçlanır – Təfərrüat

1972-ci il təvəllüdlü Elsevər Əliyev 2005-ci ilin iyulunda Bakıda itkin düşüb. Elsevərin yoxa çıxması ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Bir neçə gün sonra isə Bərdə rayonu ərazisindən onun meyiti tapılıb. Həmin vaxt meyit Elsevər Əliyevin ailə üzvlərinə göstərilməyib və 10 …

Ətraflı oxu »

Bakıda sürücü ilə yol polisi arasında əlbəyaxa dava

Bakıda sərxoş sürücü ilə yol polisi əməkdaşları arasında dava düşüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində baş verib. Bakı sakini Tural Zeynalov özünə məxsus “Mercedes” markalı avtomobili sərxoş vəziyyətdə təhlükəli idarə etdiyi üçün ərazidə xidmətdə olan Post Patrul Xidməti Bölüyünün əməkdaşları Nazim Əzizov və Bərşad Adıgözəlov …

Ətraflı oxu »

Sabirabadda yaşlı ər-arvad nəvələri tərəfindən döyülüb qarət olundular

Sabirabadda nəvə babasının evinə basqın edib. Əmisi oğlu ilə birgə maskalanaraq evə girən gənc babasını və nənəsini döyərək pullarını aparıb. «Xəzər TV» xəbər verir ki, hadisə gecə rayonun Qalağayın kəndində baş verib. 86 yaşlı Ələkbər Əsədovun evinə girən 2 maskalı şəxs onu və həyat yoldaşı, 60 yaşlı Sünbül Əsədovanı döyüblər. …

Ətraflı oxu »

Qulu Məhərrəmlinin həbs təhlükəsi artır

AzTV sədri Arif Alışanovun tanınmış jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında şikayəti bu gün Nəsimi rayon Məhkəməsinin qərardadı ilə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib. Televiziya mütəxəssisinin tənqidi fikirlərini böhtan kimi qiymətləndirən şikayətçi məhkəmədən professor Q.Məhərrəmlinin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsulliyətə cəlb olunmasını istəyib. Həmin maddələrdə …

Ətraflı oxu »

Dəmiryolu stansiyasının rəisini maşın vurdu

Azərbaycanda vəzifəli şəxsi maşın vurub. Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi Xasay Mustafayev müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Xəstəxanadan bildirilib ki, X. Mustafayev avtomobil vurması nəticəsində xəsarət alıb. Faktla bağlı polisə məlumat verilib, …

Ətraflı oxu »

Bakıda silsilə qəza – Səfirlik əməkdaşları yaralanıb

Bakıda səfirlik əməkdaşlarının yaralanması ilə nəticələnən yol qəzası baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Səbail rayonu, Neftçilər prospektində bir neçə gün öncə baş verib. Şamaxı rayon sakini 1967-ci il təvəllüdlü Qəzənfər Nəzərovun idarə etdiyi “London-Taxi” markalı 10 TH 507, Cəbrayıl rayon sakini 1960-cı il təvəllüdlü İsmayıl Quliyevin idarə etdiyi …

Ətraflı oxu »

Həmcinslərini fahişəliyə cəlb edən qadın – Ölkədən qaçarkən saxlanıldı

Bakıda bir müddətdir insan alverinə görə axtarışa verilən qadın saxlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, 30 yaşlı qadın həmkarlarını fahişəliyə məcbur etməkdə ittiham olunub. Cinayət Məcəlləsinin 144-cü (İnsan alveri) maddəsi ilə bu ilin martın 5-dən Nəsimi RPİ 19-cu Polis Bölməsi tərəfindən axtarıaş verilən 1985-ci il təvəllüdlü Günel Əhmədova ölkəni tərk etmək …

Ətraflı oxu »

Bərdədə rəisi maşın vurdu

Köçərli Dəmiryol Stansiyasının rəisini maşın vurub. AzNews.az xəbər verir ki, hadisə Bərdə rayonunun Köçərli ərazisində qeydə alınıb. Məlumata görə, vağzalın rəisi Mustafayev Xasay yolu keçərkən avtomobil onu vurub. Yaralı vəziyyətdə olan X.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda reanimasiyadadır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Ətraflı oxu »

Eldar Mahmudovun iki avtosalonuna gecə “basqın”ı

Babək prospekti 74 ünvanında yerləşən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus “Maserati” maşın salonu bağlanıb. Cebhe.info-nun əldə etdiyi məlumata görə, dünən salona vergi əməkdaşları gəlib və yoxlama aparacaqlarını bildiriblər. Vergi yoxlaması axşam saatlarında başladığından əməkdaşların bəzisi bundan ancaq səhər xəbər tutub. Əslində isə, vergi əməkdaşlarının avtosalonu nəzarətə götürmələri salonun bağlanması məqsədi …

Ətraflı oxu »