Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Araşdırma (səhifə 10)

Araşdırma

Deputat Vahid Əhmədov: “Gömrükdəki pullar hara yoxa çıxırdı?”

“Bu il Gömrük Komitəsinin malların idxalından 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Ancaq biz rüsumları və gömrük tariflərini artırmamışıq. Bəs bu qədər vəsait nəyin hesabına büdcəyə daxil olub?” Bunu deputat Vahid Əhmədov parlamentdə çıxışında deyib. O, bunun səbəbini Gömrük Komitəsində aparılan kadr siyasəti ilə əlaqələndirib: “Gömrük Komitəsində rüşvətxorluğun …

Ətraflı oxu »

Eldar Əzizov Eldar Mahmudovun adamına bata biləcəkmi? – İDDİA

Hökumət gələn il üçün büdcədə uşaq bağçalarının ərzaq xərclərini 2018-ci ilə nisbətən birdən-birə 6 dəfəyə yaxın artıraraq 17 mln. manatdan 99.3 mln. manata çatdırıb. Məsələ rəqəmlərdə deyil. Digər məqamlara keçməzdən öncə cumhuriyyet.az olaraq iqtisadçı ekpert Rövşən Ağayevin son büdcə dəyişikliyi ilə bağlı təhlilini diqqətinizə çatdırırıq: Uşaq bağçalarının ərzaq xərci 6 …

Ətraflı oxu »

AzTV sədrinin müəmmalı dissertasiya işi üzə çıxdı

“Təzadlar” qəzeti AzTV sədri Arif Alışanovun elmi işi ilə bağlı maraqlı yazı hazırlayıb. Azinforum.az  həmin məqaləni təqdim edir: AzTV sədrinin plagiat elmi işində Rusiya izi… …Arif Alışanov uzun illərdir millət vəkilidir, amma bir dəfə də olsun dil açıb danışdığının şahidi deyilik. Sizcə, Milli Məclisdə qızğın müzakirələrə susan belə bir adam …

Ətraflı oxu »

Başınızda ölü tükü gəzdirmiş ola bilərsiz – saç qaynaqları barədə bilmədiklərimiz

Türkiyə mətbuatında bir maraqlı adamın hekayəsi yer alıb. Çin, Vyetnam və Özbəkistandan idxal etdiyi saçları üzərində işləyərək Amerika və Avropa ölkələrinə ixrac edən izmirli iş adamını Amerikanın Mayami şəhərində dükan açmağa hazırlandığı qeyd edilir. “Yeni Müsavat” o, hekayənin fonunda sözügedən biznes növü barədə sizlərə son məlumatları təqdim edəcək. Kəndli bir …

Ətraflı oxu »

Yanlış əməliyyatların sayı artıb – günahkar kimdir?

Adil Qeybulla: “Buna ekspertiza qərar verməlidir…” Azərbaycanda  əməliyyatdan sonra ölüm hallarının sayı getdikcə artır. Ötən gün daha bir qadın mədəkiçiltmə əməliyyatı zamanı dünyasını dəyişib. Modern.az-ın yaydığı məlumata görə, Sevinc adlı xanım mədəkiçiltmə əməliyyatına girib və gecə saatlarında həyatını itirib. Bakı Dəmiryol Xəstəxanasının işçisi olduğu bilidirilən xanımın azyaşlı övladı da var. …

Ətraflı oxu »

Zamirənin satmaq istədiyi qızılların – Fotoları

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva üzərinə həbs qoyulmuş bahalı zərgərlik əşyalarını gizli satmaq istəyib. “Qafqazinfo” xəbər verir ki, bankir arvadının bu addımının qarşısını alan Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi qiyməti on milyonlarla dollarlıq olan əşyaların fotolarını …

Ətraflı oxu »

Mikayıl Cabbarovun DAHA BİR HƏDƏFİ… – Klinikalarda TƏFTİŞ BAŞLADI

Bir neçə gün əvvəl eyni vaxtda onlarla özəl klinikada vergi yoxlamalarının aparılmasına başlanıb. Faktinfo.az -ın əldə etdiyi məlumata görə, aparılan yoxlamaların gözlənilməz olduğunu görən əksər özəl klinika rəhbərləri qeydiyyatsız çalışan həkimlərə müəyyən müddətə işə çıxmamaları üçün xəbərdarlıq da edib. Qeyd edək ki,bir az əvvəl Vergilər Nazirliyinin özəl klinikalarda yoxlama aparacağına …

Ətraflı oxu »

Zamirə Hacıyevanı Britaniyadan çıxaracaqlar – yeni sensasion məlumatlar

Üzərində həbs qoyulmuş zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılan bankir arvadı çıxılmaz durumda; Britaniya hökuməti Tier-1 (Entrepreneur) vizası ilə Londonda yaşayan Zamirə Hacıyevanı ölkədən çıxarmaq məcburiyyətindədir… Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb. …

Ətraflı oxu »

Hacı Qalib vətəndaşın villasını dağıdıb, həyətini avtodayanacağa çevirib – REPORTAJ, FOTOLAR

Sabiq deputat Hacı Qalib Salahzadə ilə Bakı şəhər sakini, mülkiyyətçi Seymur Quliyev arasında çəkişmə davam edir. “Yeni Müsavat”a müraciət edən S.Quliyev, Hacı Qalib Salahzadənin ona məxsus 3 və 2 mərtəbəli evlərini əşyaları ilə birlikdə yerlə bir edərək, torpağını özəlləşdirməsi ilə bağlı şikayətçi olub. Vətəndaşın sözlərinə görə, evləri talan edilib, əşyaları …

Ətraflı oxu »

Hansı məmur Azərbaycan dilində səlis danışır? – Dilçilik İnstitutu adları açıqladı

Bir neçə gündür ki, İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. “Hansı məmurlarımız ana dilimizdə səlis danışmağı bacarır?”, – sualı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq …

Ətraflı oxu »