Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual (səhifə 420)

Aktual

AZAL ölkəyə qayıtmaq istəyən sərnişinlərə müraciət etdi

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə bir çox dövlətlər arasında gediş-gəliş müvəqqəti olaraq dayandırıldığından Azərbaycan milli aviadaşıyıcısı-AZAL vətəndaşlarımızın ölkəyə qayıdışını təmin etmək üçün müntəzəm çarter reyslərini həyata keçirməkdə davam edir.  “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, AZAL bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, …

Ətraflı oxu »

Dövlət Turizm Agentliyinin sədrindən sahibkarlara müraciət

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sənayesinin nümayəndələrinə müraciət ünvanlayıb. “Qafqazinfo” həmin müracəti olduğu kimi təqdim edir: “Hörmətli turizm təmsilçiləri və turizm sənayesinin üzvləri, Bu günlərdə dünya heç də asan günlər yaşamır. COVID-19 virusunun yayılması demək olar ki, bütün dövlətlərin sərhədlərinin bağlanmasına səbəb oldu, bir çox ölkələrin iqtisadiyyatına zərbə …

Ətraflı oxu »

İlham Əliyev: “İstisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər”

“Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz …

Ətraflı oxu »

“Martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə…” – Xəbərdarlıq

“Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt …

Ətraflı oxu »

Ceyhun Bayramovdan müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA – Tətil təsir etməyəcək

Təhsil naziri Ceyhun Bayramov koronavirusla əlaqədar məktəblərdə tədrisin dayandırılmasının müəllimlərin əməkhaqqına necə təsir edəcəyini açıqlayıb.Nazir bildirib ki, bu kimi hallarda işçinin günahı olmadan iş fəaliyyəti dayandırıldıqda qanunvericilikdə işçinin əməkhaqqısının ödənilməsi nəzərdə tutulub:“Bunu da qeyd edim ki, işçilərin əməkhaqqının vaxtında hesablanaraq ödənilməsi dövlət başçısı tərəfindən müvafiq orqanlar qarşısında qoyulan ən vacib …

Ətraflı oxu »

Prezident dialoqdan imtina edən müxalifətçilərdən danışdı

“Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi edib. Bu da çox ciddi addımdır”. “Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik məktubunda deyib. Ölkə başçısı bildirib ki, sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür: “ Biz hesab edirik ki, güclü …

Ətraflı oxu »

“Necə olur ki, yenə SOCAR-la şıdırğı alver zamanı…” – Aslan İsmayılovdan Mübariz Mənsimov haqda şok iddialar

“Mən Mübariz Mənsimovun həbsinə sevinməmişəm, elə indi də ona azadlıq arzulayıram”. Mia.az xəbər verir ki, bu açıqlama ilə məşhur hüquqşünas Aslan İsmayılov növbəti dəfə çıxış edib. O, bildirib ki, sosial şəbəkələrdə davamlı olaraq onu təhqir edir və nə üçün Palmali Hildinqin Türkiyədə həbs olunan prezidenti Mübariz Mənsimovu müdafiə etmədiyini bildirirlər. A. İsmayılov …

Ətraflı oxu »

Azərbaycanda fövqəladə vəziyyət elan edilsin – TƏKLİF

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması bu gündən dayandırılıb. Belə qərarın verilməsi isə cəmiyyət arasında birmənalı qarşılanmayıb. Belə ki, müzakirələr gedir ki, bu qaydanın tətbiqi konstitusiyaya, insanların azad hərəkət etməsinə ziddir. Moderator.az …

Ətraflı oxu »

Rayonlardan gələn 400-dən çox maşın geri qaytarıldı

Bu gün gecə saat 00:00-dan etibarən rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonuna girişinin qadağan olunmasının icrasına başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu saata olan məlumata görə, Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb: “Şamaxı istiqamətindən də təxminən …

Ətraflı oxu »

“Bakıdan ancaq bu günlərdə rayonlara avtobus işləyəcək”

“Bakıdan martın 19-21 tarixində rayonlara avtobusların çıxışına icazə verilir”. Bunu “Qafqazinfo”ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.  O qeyd edib ki, rayondan Bakıya avtobusların gəlişinə icazə verilməyəcək: “Martın 19, 20 və 21-də Bakıda olan vətəndaşlarımız rayona gedə bilərlər və həmin tarixdə Bakı Beynəlxalq Avtovağzalı …

Ətraflı oxu »