Ana səhifə / Aktual (səhifə 410)

Aktual

Nazirliklərin və provayderlərin səsi niyə “batıb?” – Azərbaycanda teledərslər və “ceyran beli”ndə gəzən internet tarifləri

Koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyət təhsil sahəsindən də yan keçməyib.Dünyanın bir çox ölkələrində karantin rejiminin tətbiq olunması səbəbindən orta və ali məktəblərdə tədris dayandırılıb və məcburi qərarla əlaqədar evdə qalan şagirdlərlə tələbələr üçün teledərslər keçirilir.Teledərslərin əsasən, internet üzərindən aparıldığını nəzərə alsaq, bu məsələ tərkibində şagird və ya tələbənin olduğu ailələrin …

Ətraflı oxu »

DAHA 63 NƏFƏR KORONAVİRUSA YOLUXDU – Virusa yoluxanların sayı 580-i ötdü

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən …

Ətraflı oxu »

Qazaxda düşmənin növbəti təxribatının qarşısı alındı

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 04 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin …

Ətraflı oxu »

“Evdə oturub xəbərləri oxuyuram, seriallara baxıram” – Könül Xasıyeva

“Maddi durumum yaxşı deyil. Qəbul etdiyim dərmanlar bahadır. Onları almaqda çətinlik çəkirəm”. Bunu Azvision.az -a Xalq artisti Könül Xasıyeva deyib. Hazırda Şəkidə ailəsi ilə birlikdə yaşayan sənətkar xüsusi karantin rejiminin qaydalarına əməl etdiyini bildirib. “Şəkiyə anama baş çəkməyə gəldim, sonra qayıda bilmədim. Burada həyət evimiz var. Oğlum Kazımla məşq edirik, oxuyuruq. Ana-bala ikimiz …

Ətraflı oxu »

Türkiyə və İtaliya çempionatlarının bərpa oluna biləcəyi tarixi açıqlandı

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir açıqlma verib.Qaynarinfo xəbər verir ki, koronavirusun yayılma sürətinin aprelin sonlarında yavaşlayacağını, mayın əvvəllərində yaxşı şeylərin olacağına inandığını bildirib. TFF prezidenti liqaların nə vaxt başlayacağı ilə bağlı suala belə cavab verib: “Əgər şərtlər uyğun olsa, ən yaxşı ehtimal iyunun ilk həftəsində liqaları bərpa edəcəyimizə ümid …

Ətraflı oxu »

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? – DOSYE

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli vəzifəsindən azad edilib və digər bir sərəncamla onun yerinə Əhməd Məhəmməd oğlu İsmayılov təyin edilib.Yenisabah.az xəbər verir ki, Əhməd İsmayılov bundan əvvəl Dövlət Dəniz Administrasiyası aparatının rəhbəri vəzifəsində çalışıb və qısa müddət öncə …

Ətraflı oxu »

Gün ərzində bilərəkdən SMS göndərən şəxslər cəzalandırıla bilərlər

“Vətəndaşlar xüsusi icazə sistemindən çalışıb gün ərzində bir dəfə istifadə etsinlər. Çünki, sistem intellektualdır”. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, sistem daxil olan müraciətləri araşdırıb və bunların təhlilini aparacaq: “Kimlərsə bu sistemə bilərəkdən çoxlu sayda SMS göndərərsə, sistem artıq onu təhlil edib, …

Ətraflı oxu »

İcazəsiz evdən çıxanlar bu halda cərimə edilməyəcəklər

Sabahdan etibarən Azərbaycan ərazisində hərəkət məhdudlaşdırılır.  Bu durumda vətəndaşları maraqlandıran suallardan biri də icazəsiz yaşayış yerini tərk etdikdə cərimə olunub-olunmamalarıyla bağlıdır. DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, müvafiq icazə olmadan evdən çıxan vətəndaşlar evə qayıtmaqla bağlı polisin tələbini və dərhal, sözsüz yerinə yetirdikdə onlar cərimə olunmurlar. Həmin şəxslər yalnız xəbərdarlıq edilir.

Ətraflı oxu »

Azərbaycana giriş-çıxış dayandırıldı – Rəsmi

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla,  Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır. Bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Nazirlər Kabineti …

Ətraflı oxu »

Dünyada və Azərbaycanda koronavirusdan nə qədər insan sağalıb? – STATİSTİKA

Dünyada 236 min, o cümlədən Azərbaycanda 32 nəfər koronavirusdan sağalıb.Sağalanlar ümumi yoluxanların 22 faizini təşkil edir. Dünya üzrə Kovid-19 səbəbindən ölənlər isə yoluxanları 6 faizini təşkil edir. Bu rəqəm Azərbaycanda ümumi yoluxanların 1 faizi civarındadır.Qeyd edək ki, dünya və Azərbaycan üzrə koronavirusla bağlı canlı olaraq yenilənən statistika ilə BURADAN tanış ola bilərsiniz: 

Ətraflı oxu »