Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Ziyad Səmədzadə Eldar Mahmudovun adından necə istifadə edirmiş? – 3-cü YAZI

Ziyad Səmədzadə Eldar Mahmudovun adından necə istifadə edirmiş? – 3-cü YAZI

Tanınmış iqtisadçı-alm Şahbaz Muradov 50 ildən çox dostluq etdiyi Ziyad Səmədzadəni niyə yıxıb-sürüdü?
«Sabiq maliyyə naziri Əvəz Ələkbərovun müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işinə müdafiəsi ərəfəsində yenidən baxılarkən çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır»

Beləliklə, “Təzadlar”a təqdim olunmuş bir qovluq sənədlər içərisində akademik Ziyad Səmədzadənin çoxillik ictimai-siyasi fəaliyyətini əhatələyən ciddi məlumatlar və faktlar var. Onlardan ikisi tanınmış iqtisadçı alim, uzun illər AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru olmuş Şahbaz Muradova məxsusdur. Əvvəli ötən yazıda təqdim olunmuş hissədən də məlumdur ki, Ş.Muradov 50 ildən çox müddətdə yaxın dostluq etdiyi Ziyad Səmədzadə barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciətində yazıb. Ş.Muradov müraciətində daha sonra yazır: «Hörmətli Ramiz müəllim! Ziyad Səmədzadəni məndən yaxşı tanıyan çox az adam ola bilər. Mən onunla düz 54 ildir ki, tanışam. O, öz şəxsi mənafeyini hər şeydən üstün tutan və Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Konyunkturaya xidmət edən adam”dır. Bunu son vaxtlar onun elmi rəhbərlik və opponentlik etdiyi dissertasiya işlərinin müəlliflərinin və onun sədrlik etdiyi Dissertasiya Şurasında müdafiə edənlərin kimliyindən də aydın görmək olar. O, çox hallarda imkanlı adamlara və onların övladlarına, vəzifəli şəxslərin və məmurların işinə yarayır. Belə adamların isə mənim rəhbərlik etdiyim institutda və sədrlik etdiyim Dissertasiya Şurasında müdafiə etməsi çətin idi. Buna görə də akademik Z.Səmədzadə Akademiyanın İqtisadiyyat İnstitutuna elə bir adamın rəhbərlik etməsini istəyirdi ki, onu öz təsiri altına sala bilsin. Axı, onun dissertasiya işinə müsbət rəy verdiyi, şəxsi dostu olan Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Albert Tağıyevin doktorluq dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Seminarında 3 nəfər elmlər doktorlarının (i.e.d. T.Əliyev, i.e.d. M.Atakişiyev, i.e.d. A.Abbasov) həmin işə verdikləri mənfi rəylərə və müzakirənin nəticələrinə əsasən ləğv edilmiş, yaxın qohumu i.e.n. Elşad Hacızadənin namizədlik dissertasiya müdafiəsindən cəmi iki il sonra 2002-ci ildə təqdim etdiyi doktorluq dissertasiya işi ilk variantda ləğv edilmiş və o, yalnız üç il keçdikdən sonra, yəni 2005-ci ilin dekabr ayında bizim institutda müdafiə edə bilmişdir.
Ziyad Səmədzadə milli təhlükəsizlik naziri Eldar Mahmudovun adından necə istifadə edirmiş?-3-cü YAZI
«Sabiq maliyyə naziri Əvəz Ələkbərovun müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işinə müdafiəsi ərəfəsində yenidən baxılarkən çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır»

Ak. Z.Səmədzadənin 1-ci rəsmi opponenti olduğu bir məmurun doktorluq dissertasiya işi üzrə yalnız bizim institutda fəaliyyət göstərən Dissertasiya Şurasının hüququ olduğu halda, həmin dissertasiya işinin müdafiəsi üçün ADNA-da Birdəfəlik Dissertasiya Şurası yaradılmış (onun şifrəsi düzgün müəyyən edilmədən) və qeyd edilən dissertasiya işinin müdafiəsi həmin şurada həyat keçirilmiş, sabiq maliyyə naziri Əvəz Ələkbərovun iki şifrə üzrə (iqtisadi nəzəriyyə və maliyyə ixtisasları üzrə) müdafiəyə təqdim etdiyi doktorluq dissertasiya işi AAK-sı tərəfindən müdafiəsinin təşkili üçün bizim institutun Dissertasiya Şurasına göndərilmiş və müdafiəsi ərəfəsində həmin iş yenidən baxılarkən onda çoxlu plagiat halları və nöqsanlar aşkara çıxarılmışdır. Bundan xəbər tutan Əvəz Ələkbərov ak. Z.Səmədzadənin təklifi və köməkliyi ilə öz dissertasiya işini geri götürmüş və AAK-sı tərəfindən həmin dissertasiya işinin mövzusu ilə heç bir əlaqəsi olmayan Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili Elmi-Tədqiqat İnstitutunda ak. Z.Səmədzadənin sədrliyi ilə yaradılmış(?) Birdəfəlik Dissertasiya Şurasında müdafiə etmişdir.

«Ziyad Səmədzadə özünün bütün şüurlu həyatını elmi cəhətdən yüksək səviyyədə yazılmış işlərə maneçilik törətməyə həsr etmişdir…»

Bu siyahını artırmaq da olardı. Ak. Ziyad Səmədzadə iqtisad elminin inkişafına göstərdiyi bu “sədaqətinə” və “qayğısına” baxmayaraq, özünün bütün şüurlu həyatını iqtisad elminin inkişafına həsr etmiş və elmi cəhətdən yüksək səviyyədə yazılmış işlərə maneçilik törətməkdən də əl çəkməmişdir. Təkcə bunu demək kifayətdir ki, Z.Səmədzadə uzun illər boyu iqtisad elmi sahəsində çalışmış i.e.n. əməkdar iqtisadçı, son 10 il ərzində AMEA İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Tofiq Hüseynovun bizim institutun Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiya işinin AAK-da təsdiq edilməsinə maneçilik törətmiş və bununla da bizim Dissertasiya Şuramızın fəaliyyətinə qara ləkə vurmağa çalışmışdır. Bu məqsədə o, heç bir əsası və səlahiyyəti olmadan hər ikimizin tələbə yoldaşımız olmuş Tofiq Hüseynovun 2005-ci ilin may ayında Akademiyanın İqtisadiyyat İnstitutundakı Dissertasiya Şurasında müdafiə etdiyi doktorluq dissertasiya işi AAK-nın ekspert Şurasının “28” iyun 2006-cı il tarixdə çıxardığı müsbət qərarından 4 ay sonra, yəni 20.10.2006-cı il tarixdə qeyri-qanuni olaraq həmin dissertasiya işini AAK-dan götürmüş, uzun müddət özündə saxladıqdan sonra ona özünün baş redaktoru və təsisçisi olduğu “İqtisadiyyat” qəzetinin 14-20 iyun 2007-ci il tarixli nömrəsində “Ölkənin iqtisadi strategiyasına, milli maraqlarına zidd olan bir dissertasiya haqqında” adı altında qeyri-obyektiv rəy yazıb çap etdirmiş və bu işin 4 ildən çox AAK-da yatıb qalmasına səbəb olmuşdur.
Ak. Z. Səmədzadənin həmin rəyi-məqaləsi AMEA İqtisadiyyat İnstitutunun işgüzar Elmi Şurasının, Elmi Seminarının və Dissertasiya Şurası üzvlərinin “18” oktyabr 2007-ci ildə birlikdə keçirilmiş iclasında geniş və hərtərəfli müzakirə edilmişdir. Müzakirədə çıxış edən alimlərin hamısı ak. Z.Səmədzadənin adı çəkilən rəyinin-məqaləsinin qərəzli, heç bir elmi əsasa söykənmədiyini və qeyri-obyektiv olduğu qərarına gəlmişlər.

«Ziyad Səmədzadə AAK-dakı bəzi tərəfdarlarının köməkliyi ilə bir daha bu dissertasiya işinin AAK-nın Rəyasət Heyətində təsdiqinə maneçilik törətmişdir…»

Bu əsasda həmin iclasda Tofiq Hüseynovun doktorluq dissertasiya işinin AAK-nın bütün tələblərinə cavab verdiyi, onun müəllifinin isə i.e.d. alimlik dərəcəsi almağa tam layiq olduğu haqda yenidən müsbət qərar qəbul edilmiş və AAK-dan həmin dissertasiya işinə Rəyasət Heyətində yenidən baxıb təsdiq edilməsi xahiş edilmişdir. AAK-sı həmin doktorluq dissertasiya işini yenidən Azərbaycan Dövlət İqtisad Universitetinə rəyə göndərmiş və həmin Universitetdən müsbət rəy alınmışdır. Lakin buna baxmayaraq, ak. Z.Səmədzadə AAK-dakı bəzi tərəfdarlarının köməkliyi ilə bir daha bu dissertasiya işinin AAK-nın Rəyasət Heyətində təsdiqinə maneçilik törətmişdir. Mənim İqtisadiyyat İnstitutunun direktoru və Dissertasiya Şurasının sədri kimi işə qarışmağım və təkidli tələbimlə AAK-nın sədri çox hörmətli ak. Arif Mehdiyevin təşəbbüsü və təklifi ilə AAK-nm Rəyasət Heyəti bitərəf bir təşkilatda – ADNA-da Birdəfəlik yeni Dissertasiya Şurası yaratmış və Tofiq Hüseynov 2009-cu ilin may ayında öz dissertasiya işini heç bir dəyişiklik etmədən həmin Dissertasiya Şurasında yenidən müdafiə etmiş, bu dissertasiya işi yekdilliklə bəyənilmişdir. Həmin müdafiənin nəticəsi olaraq AAK Rəyasət Heyəti 2009-cu ilin sentyabr ayında, nəhayət ki, həmin dissertasiya işinin ilk müdafiəsindən 4 il 4 ay keçdikdən sonra təsdiq etmişdir.

«Bu dissertasiya işi ətrafında ak. Z.Səmədzadə ilə 4 ildən çox apardığım mübarizə mənim əsəblərimə və institutun işinə çox böyük zərbələr vurmuşdur…»

Ədalət zəfər çalmışdır! Bu dissertasiya işi ətrafında ak. Z.Səmədzadə ilə 4 ildən çox apardığım mübarizə mənim əsəblərimə və institutun işinə çox böyük zərbələr vurmuşdur. Ak. Z.Səmədzadə hələ ak. Əhməd Mahmudov bu instituta rəhbərlik etdiyi dövrdən başlayaraq müxtəlif yollarla burada görülən işlərin üzərinə daim kölgə salmağa cəhd etmiş və kollektivin fəaliyyətinə mənfi təsir göstərmişdir. O, hələ 1980-ci ildə ak. Ə.Sumbatzadənin və müxbir üzv Ə.Mahmudovun elmi redaktorluğu ilə İqtisadiyyat İnstitutunun bir qrup alimləri tərəfindən yazılmış “Müasir mərhələdə Sovet Azərbaycanın iqtisadiyyatının inkişafı” Elm 1980, 298 səh. (rus dilində), monoqrafiya Respublika Dövlət Mükafatına təqdim edilərkən, i.e.d. M.Musayevlə şərikli yazdıqları “Azərbaycan iqtisadiyyatı 10-cu beşillikdə” adlı kitabı da alternativ olaraq bu mükafata təqdim etmiş və ikinci müəllifin adını siyahıdan çıxartmışdır.

«Ziyad Səmədzadə milli təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə etmişdir…»

Biz hər iki əsərin birlikdə bu mükafata təqdim etmək təklifini irəli sürsək də o, bunu qəbul etməmiş və nəticədə nə bizim, nə də onun əsəri həmin mükafata layiq görülmədi.
Hörmətli Ramiz müəllim! Ak. Z.Səmədzadə mənim İnstitutun direktoru vəzifəsindən çıxmağımda və yerimə i.e.d. İsa Alıyevin seçdirilməsində ak. Əhməd Mahmudovun oğlu Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun adından da çox məharətlə istifadə etmişdir. Bu məqsədlə ak. Z.Səmədzadə əvvəlcədən 2008-ci ilin may ayında ak. Əhməd Mahmudovun 85 illik yubileyinin Akademiyanın İqtisadiyyat İnstitutunda keçiriləcəyindən xəbər tutandan sonra hələ 2007-ci ildən başlayaraq Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Konyunkturaya xidmət edən adam” olması xarakterinə uyğun olaraq məndən gizli fəaliyyətə başlamış və general-leytenant Eldar Mahmudovun xoşuna gəlmək məqsədilə əksəriyyəti özünün yaxın ətrafından, keçmiş aspirantlarından, öz övladlarından və yaxın qohumlarından ibarət olan və nə ak. Ə.Mahmudovun özü, nə onun yaradıcılığı və nə də elmi əsərləri ilə heç bir əlaqəsi və tanışlığı olmayan, bu günə kimi ak. Ə.Mahmudovun bircə kitabını belə oxumayan, onun əsərlərinin üzünü belə görməyən adamlardan ibarət bir elmi redaksiya heyəti yaradıb özünün baş redaktorluğu ilə ak. Ə.Mahmudovun guya əsərlərinin məcmusundan ibarət “Azərbaycan iqtisadiyyatının aktual problemləri” (Bakı, 2008, 912 səh.) adlı bir kitab nəşr etdirmişdir. O, bilərəkdən həmin kitabın ak. Ə.Mahmudovun 24 il rəhbərlik etdiyi Akademiyanın İqtisadiyyat İnstitutunda deyil, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (?) təqdimatının keçirilməsini təşkil etmişdir. Maraqlı burasındadır ki, həmin kitab Akademiyanın İqtisadiyyat İnstitutunun kollektivindən və onun rəhbəri olan məndən gizli hazırlanmışdır…
(Davamı var)

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın