Ana səhifə / Cəmiyyət / Yeni rektordan ilk açıqlama: “Planlarımız var”

Yeni rektordan ilk açıqlama: “Planlarımız var”

Prezident İlham Əliyev yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən, bu vəzifə Ceyhun Valeh oğlu Məmmədova həvalə edilib.
Yeni təyin olunan rektor Ceyhun Məmmədov Modern.az-a açıqlamasında prezidentin sərəncamını yüksək qiymətləndirib:
“Əvvəla, yüksək etimada görə cənab prezidentə təşəkkürümü bildirirəm. Bu təyinat yüksək etimaddır. Çalışacam ki, bu etimadı doğruldum.  Eyni zamanda, qarşımızda çox böyük vəzifələr durur. Planlarımız var. O, planları həyata keçirməyə çalışacağıq. Həm də ona çalışacağıq ki, bu sahədə bütün işlər dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilsin. İnşallah, işimizə başlayan kimi daha ətraflı danışacam”
Ceyhun Valeh oğlu Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub.
1991-1994-də Suriya Ərəb Respublikasının Əbu Nur İslam Kompleksi Dəvət və İrşad institutunda təhsil alıb. 1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsini bitirərək, ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
2000-2002-də Bakıdakı Xəzər Universitetinin Humanitar fənlər fakültəsində Ərəb dili üzrə magistratura dərəcəsinə yiyələnib.
2004-2007-də AMEA-nın Məhəmməd Füzula adına Əlyazmalar İnstitutunda dissertant, ilahiyyat üzrə fəlsəfə doktoru olub.
C.Məmmədov 1998-2001-ci illərdə İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi, referent, 2001-2002-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis işləyib.
2002-2006-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası bölməsinin müdiri, 2007-2014-cü illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusunun Avrasiya tərcümə mərkəzinin redaktoru, AMEA-nın Şərqşünaslıq institutunda tərcüməçi, yenidən Dini Komitədə Din və ictimai fikir tarixi şöbəsində böyük elmi işçi vəzifələrində çalışıb.
2015-ci ildən bu təyinatadək Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi işləyib.
Eyni zamanda 2017-2018-ci illərdə Azərbaycan Dillər Universitetində dərs deyib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …