Ana səhifə / Cəmiyyət / Xalq sülhə hazırdırmı? – VİDEOSORĞU

Xalq sülhə hazırdırmı? – VİDEOSORĞU

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra xalqların sülhə hazırlanmasıyla bağlı verilən bəyanat sülh məsələsini və xalqlararası dialoq mövzusunu aktuallaşdırıb.

Dağlıq Qarabağ problemi ilə bağlı ilin ilk ayında münaqişə tərəfləri arasında ən yüksək səviyyədə ard-arda keçirilən bir neçə görüş sülhlə bağlı bəzi kövrək ümidlər yaradıb.

Hərçənd, işğalçı Ermənistanda baş nazir Nikol Paşinyanın qatı əleyhdarları ortada heç bir anlaşmanın olmamasına rəğmən, onu az qala xəyanətdə suçlayır, “bir qarış torpaq belə, qaytarılmamalıdır” deyə hay-küy qoparırlar. Bu hay-küyün “tozu” hələ də yatmayıb.

Ancaq məsələ ondadır ki, heç Nikol Paşinyanın özü də hələ indiyədək Qarabağ mövzusunda öz sələflərindən fərqli hansısa konstruktiv bəyanat, açıqlama verməyib. Onun son açıqlaması da istisna olmadı.

N.Paşinyan deyib ki, Ermənistan hökuməti Qarabağ münaqişəsinin tənzimlənməsində “sülh əvəzinə ərazilər” formulunu müzakirə etmir. Bunu o, guya keçmiş prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

a (2).jpg (143 KB)

Bəs, beynəlxalq təşkilatların Azərbaycan və Ermənistanı sülhə çağırmasına xalq nə deyir?

Musavat.com-un müxbiri paytaxt sakinləri arasında videosorğu keçirib. “Sülhə hazırsınızmı” sualı ilə müraciət etdiyimiz vətəndaşlar fərqli cavablar səsləndiriblər.

Sorğuda həmçinin siyasi şərhçi Əhəd Məmmədli və politoloq Elxan Şahinoğlunun fikirləri də yer alıb.

Musavat.com həmin videosorğunu təqdim edir.


Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …