Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Vertolyotla Yevlağa kimi pul səpəcəm….- Başınız qarışacaq pul yığmağa…”

“Vertolyotla Yevlağa kimi pul səpəcəm….- Başınız qarışacaq pul yığmağa…”

Tanınmış Qarabağ qazisi, 1992-ci fevralında Şuşanın Malıbəyli,  Yuxarı və Aşağı Quşçular kəndlərinin əhalisini mühasirədən çıxarmağa nail olmuş polkovnik Azay Kərimov 1980-ci illərdən Qarabağda yaradılmış “Krunq” təşkilatının rəhbərlərindən və maliyyələşdirənlərdən biri olan,  Xankəndi daş karxanasının müdiri, o dövrün erməni milyonçusu Arkadi Manuçarovun Xankəndindəki bağ evində həbs edilərək Ağdama gətirilməsindən  bəhs edib.

Moderator.az-a açıqlamasında polkovnik erməni separatçısı ilə aralarında baş vermiş dialoqdan bəzi məqamları da xatırladıb.

“Bu söhbəti ilk dəfədir açıqlayıram.1991-ci ilin payız günlərindən biri idi. Tarixlər dəqiq yadımda deyil… Xankəndinə,  Ağdama, Şuşaya gediş -gəliş var idi, amma cox təhlukəli idi. Ermənilər kimi tuturdular, həmin dəqiqə başi kəsilirdi…  Dagliq Qarabagda “Krunq” təşkilatini maliyyələşdirən, Qarabagda mitinqlərin əsas təşkilatcilarından və sponsorlarından biri, qatı türk düşməni, bir sözlə, Qarabag ermənilərinin agsaqqalı, sovet milyarderi Manucarovu Xankəndindəki bag evindən başına torba keçirib götürdük və Əsgəran yolunda əlimizdən alınmaq şansı olmasın deyə, Laçın yolu ilə Ağdama gətirdik…  Manuçarovu  o vaxt ermənilərin Xankəndində girov götürdüyü bizim bir tanınmış vəzifəli ilə dəyişmək üçün gətirmişdik. Bilirdik ki, qaytarılacaq. Özü də bunu bilirdi. Agdama çatanda torbanı başından cıxardıqdan sonra “UAZ” maşınında aramızda təxminən belə bir dialoq yarandı. Ona dedim:

“Ara, tutaq ki, siz Malibəylini işgal etdiniz, Xocalını, Cəmillini də tutdunuz, axi siz Şuşanı, Agdamı, Bərdəni,  Bakını işgal edə bilməzsiniz.  Bilirsiniz ki, axırda sizi nə gözləyir? Hamınız qırılacaqsınız, türmələrdə çürüyəcəksiniz…”

Manucarovun cavabı belə oldu: “Ara!… Mən sizin milləti yaxşi tanıyıram. Ona görə bilirsiz, nə edəcəm?.. Ermənistanda, bütün dünyada nə qədər erməni yaşayır, hamısından qızıl və gümüşlərinə, son 20 qəpiklərinə qədər toplayıb yıgacam vertolyota, qalxacam Şusaya, Agdama,Yevlaxa, lazım olsa, Bakıya kimi uçacam və pulları göydən səpələyəcəm sizin millətin başına. Başınız qarışacaq pul yıgmaga, hakimiyyət davasına, torpaq yaddan cıxacaq. Biz də Yevlaxa kimi altdan – altdan qıra-qıra gələcəyik… Bizə torpaq lazımdi, pul yox! Siz də bu yollarda ya öləcəksiniz, ya da başınız kəsiləcək, “v lucşem sluçyi dlya 100 qram vıpivki 20 kopeyki budete prosit” (ən yaxşı halda 100 qram araq üçün 20 qəpik dilənəcəksiniz”)!.. Ara! Mən onda sənə komak edə bilməyəcəm, e ara…”

Sonra Manuçarovu dəyişilənədək Ağdamda “Karyer Qasım” ləqəbli, onu yaxşı tanıyan Şahbulaq daş karxanasının müdiri Qasım Kərimovun  bağ evində saxlamaq istədik, ancaq  o, razı olmadı. Məcbur olub ermənini 3 gün Ağdamın küçələrində gecə-gündüz “UAZ” avtomobildə saxlayır, ayaqyolu üçün gizlincə avtovağzala aparırdıq… Nəhayət, o qatı daşnak separatçını bizim vəzifəli ilə dəyişə bildik…

Danışdığım olaydan on illər ötüb, ancaq torpaqlarımızın 20 faizinin işğalından sonrakı dövrə, bu günkü durumumuza baxanda düşünürəm ki, erməni olsa da, köpəkoğlu Manuçarovun sözlərində,  təəssüf ki, həqiqət payı da var… Nə yazıqlar ki, bizim çoxumuz pula, vəzifəyə hərisik… Elə torpaqlarımızın 30 ilə yaxındır işğal altında qalmasının əsas səbəblərindən biri də budur… Dəhşətdi, vallah!.”

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …