Ana səhifə / Cəmiyyət / Vasif Talıbov iranlı generalı qəbul edib – FOTO

Vasif Talıbov iranlı generalı qəbul edib – FOTO

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Azərbaycan və İran sərhəd qoşunları komandanlarının görüşündə iştirak etmək üçün Naxçıvana səfərə gəlib.

Azinforum.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzerTac-a bildirilib ki, aprelin 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ali Məclisin sədri Qasım Rzayini muxtar respublikada görməkdən məmnunluğunu ifadə edərək deyib:

“Sərhəd hər bir dövlət üçün strateji sahədir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında iki sərhəd keçid məntəqəsi fəaliyyət göstərir. Muxtar respublika ilə İranın qonşu vilayətləri arasında əlaqələrin qurulması və inkişafında bu sərhəd-keçid məntəqələri mühüm əhəmiyyət daşıyır”.

Ali Məclisin sədri ölkələrimiz arasında tarixən dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb və bu gün dövlət başçıları tərəfindən ikitərəfli əlaqələrin uğurla inkişaf etdirildiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri, o cümlədən sərhəd xidmətləri arasındakı mövcud əməkdaşlığa diqqəti çəkən Ali Məclisin Sədri əlaqələrin inkişafında birgə səylərin və qarşılıqlı görüşlərin vacibliyini vurğulayıb.

İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi səmimi qəbula görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafının böyük məmnunluq doğurduğunu bildirib. Qonaq İran və Azərbaycanın sərhəd qoşunları arasında əlaqələrin hazırkı inkişafından danışıb, hər iki ölkənin sərhəd qoşunları komandanlarının Naxçıvan görüşünün əməkdaşlıq üçün yeni istiqamətlər açacağını qeyd edib.

Söhbət zamanı dövlət sərhəd xidmətləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunulub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrım görüşdə iştirak ediblər.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın