Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov fransız arxeoloqu təltif etdi

Vasif Talıbov fransız arxeoloqu təltif etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə Katherine Anne Marro “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.

Qeyd edək ki, fransız arxeoloq Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O, həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …