Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Tacir Şahmalıoğlunun dayısı: “Onun 3 yerdə evi var, niyə anasına sahib çıxmır?”

Tacir Şahmalıoğlunun dayısı: “Onun 3 yerdə evi var, niyə anasına sahib çıxmır?”

Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarıldığı haqda xəbər yayılıb. Qeyd edilir ki, uzun müddətdir məcburi köçkün kimi özgəsinin mənzilini zəbt etmiş Südabə Allahverdiyevaya məhkəmə icraçıları xəbərdarlıq ediblər.  Çünki Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Qəribədir ki, maddi imkanları və mənzil şəraiti çoxları ilə müqayisədə daha yaxşı olan müğənni Tacir Şahmalıoğlu anası ilə bağlı məsələni susqunluqla müşahidə edir. Onun öz anasını yanında saxlamağa imkanı və yeri yoxdurmu?

Modern.az  məsələ ilə bağlı Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyevlə əlaqə saxlayıb.

Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyev bacısı oğlunun bu hərəkətindən  bərk narazılıq edib:

“Tacirin Bakıda üç evi var. O, bizi biabır edir. Nə olar ki, öz anandır də, onu apar yanına, qoy ağbirçək vaxtında rahat yaşasın. Hazırda bacımın yaşadığı ev birotaqlıdır.

Tacir imkansız deyil, qeyd etdiyim kimi, şəhərin müxtəlif yerlərində bir-birindən yaxşı 3 evi var. Mənim mövqeyim odur ki, Tacir heç kimə müraciət etməməlidir, anasını aparmalıdı yanına. Tacirin kemiş Razin, indiki Bakıxanov qəsəbəsində villası da var. Tacir niyə utanmır? Niyə belə imkanları olan şəxsin anası “Qaçqınkom”a müraciət etməlidir? Tacir öz anasının yaşaması üçün şərait yaratmalıdır”.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …