Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Təhsil İdarəsində şok olay: Qapını bağlayıb laboranta məcburi qol çəkdirdilər

Təhsil İdarəsində şok olay: Qapını bağlayıb laboranta məcburi qol çəkdirdilər

Bakı şəhəri Nizami rayon 220 nömrəli məktəb-litsey ətrafında baş verən qalmaqal səngimək bilmir. Xəbər verdiyimiz kimi təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva ilə hazırkı direktor Tural Mirzəliyev arasında narazılıq yaşanmışdı.Qeyd olunan bu məsələ artıq bir neçə aydır ki, mətbuatın gündəmini zəbt edib.

Həmin olayla bağlı daha bir şok hadisə baş verib. Femida.az xəbər verir ki, məktəbdə baş verən hadisələrlə bağlı laborant Nəzrin Əhmədova Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Hər şey də elə bundan sonra baş verib. Laborantın saytımıza verdiyi məlumata görə, ona hadisələrin şahidi kimi izahat yazmaq təklif olunub. Lakin yazdığı izahat onu qəbul edən Nazim Bağırovun xoşuna gəlməyib.

“Martın 2-də məlum hadisələrlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəvət olundum. Məni əvvəlcə daxili nəzarətin rəhbəri Sərxan müəllim qəbul etməli idi. Onun işi olduğu üçün məni digər əməkdaş Nazim Bağırovun otağına göndərdilər.Nazim müəllim mənə dedi ki, məktəbdə baş verən hadisələrlə bağlı izahat yazım. Lakin qarşıma şərt qoydu ki, izahatı onların dediyi kimi yazmalıyam. Əlbəttə buna etira etdim. Məndən haqq istədilər və mən də haqqı danışmağa başladım. Bu onların xoşuna gəlmədi, əsl sifətlərini nümayiş etdirərək təzyiq etməyə başladılar. Mənə heç bir əsası olmayan , məktəbin keçmiş direktoru ilə bağlı və şagirdlərin qəbul qaydalarının guya Rzayeva Zeynəb tərəfindən icra edildiyini və mənim də onun sifarişi ilə ÜM-1 dediyimiz siyahını tərtib etdiyimi, onların dediyi qeyri- qanuni işlərin indiki məktəb direktoru Tural müəllim tərəfindən yox, ibtidai siniflər üzrə direktor müavini tərəfindən görüldüyünü israr edərək, onların dediklərini yazmağımı tələb etdilər.”

Nəzrin Əhmədovanın bildirdiyinə görə, ona təyziq edən şəxslərdən digəri Sərxan müəllim olub.

“Onların dediyi kimi izahatı yazmadığım üçün Nazim Bağırov üzərimə hücum çəkdi. Mənimlə çox kobud şəkildə rəftar etdi və izahat yazılan vərəqi əlimdən almağa çalışdı. Əsəbimdən yazdığım izahatı iki hissəyə böldüm. Buna baxmayaraq izahatın parçalanmış hissələrini belə məndən almağa çalışırdılar, əl – qol atırdılar. Amma izahat vərəqini daha da xırda –xırda etdim. Məndən cırılmış izahat vərəqini onların zibil yeşiyinə atmağımı məcbur edirdilər.”

Laborantın sözlərinə görə, adını qeyd etdiyi şəxslər tərəfindən ona məcburi şəkildə akta imza atdırılıb və onun işdən qovulacağı deyilib.

“Sərxan və Nazim Bağırov adlı şəxslər mənə təzyiqi daha da artırıb akt tərtib etdilər. Aktı öz istədikləri kimi yazdılar və qapını bağlayıb akta qol çəkməsəm otağı tərk edə bilmərəm dedilər. Bakı Baş Təhsil İdarəsində bu yolla tərtib etdikləri aktı mənə məcburi imzalatdılar. ”

Şikayətçinin sözlərinə görə, bütün bu addımlar daha əvvəl işdən çıxarılan Zeynəb Rzayevaya qarşı ifadə yazmadığı üçün təşkil olunub.

“Mən Allahımdan qorxuram, mən insanam və ən əsası həqiqətin nə olduğunu bildiyim üçün və Zeynəb Rzayevaya atılan böhtanların olduğunu uzun zamandır məktəbdə izləyirəm və müəllim heyyətindən bu şəxslərin necə məcburi izahatların alındığının şahidiyəm. Mən bu çirkaba əlimi bulaşdıra bilmərəm, insanlığımı itirib, vicdanımı ayaq altına atıb -iş üçün, pul üçün, yaltaqlıq üçün Zeynəb Rzayevanı yalandan ləkələyə bilməzdim.”

Nəzrin Əhmədova onu da qeyd edib ki, hadisə baş verən zaman 220 nömrəli məktəb-litseyin yeni direktoru Tural Mirzəliyev də həmin binada olub.Lakin səs-küyü eşitsə də, hadisələrə müdaxilə etməyib. Qeyd olunan hadisədən ağır sarsıntı keçirən laborant hazırda işə çıxmadığını və məsələnin hüquq müstəvisində həll edəcəyini bildirib.

Femida.az məsələ ilə bağlı Bakı Baş Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …