Ana səhifə / Cəmiyyət / Təhsil eksperti abituriyentləri narahat edən məsələyə toxundu

Təhsil eksperti abituriyentləri narahat edən məsələyə toxundu

Təhsil eksperti Kamran Əsədov öz facebook səhifəsində abituriyentləri ciddi şəkildə narahat edən məsələyə toxunub.

Sputnik Azərbaycan xəbər verir ki, Kamran Əsədov DİM-in ödəniş sistemindəki narazılıqlardan bəhs edib: “Bildiyiniz kimi, 2016-cı ildə TQDK-a ləğv olundu, yerinə publik hüquqi şəxs olan DİM yarandı. Yeni yaranan qurum göstərdiyi xidmətlərə görə ödənişlərin hər bir şəxsin saytda yaratdığı şəxsi kabinetdəki hesabdan tələb olunan məbləğin çıxılması ilə həyata keçirirdi. Hesaba vəsaitin daxil edilməsi qəliz və çətin proses olsa da, demək olar ki, artıq istifadəçilər vərdiş etmişdi”.

“Milli ön aparatı vasitəsi ilə kod almaqla da, bu prosesi yerinə yetirmək olurdu. Hətta DİM – in saytında da bu barədə məlumat var idi (http://payment.dim.gov.az/). Amma indi heç bir xəbərdarlıq etmədən portmanat öz saytından DİM-in qeydiyyatsız ödəniş xidmətini ləğv edib. Əvvəlcə qeydiyyatsız ödəniş bölməsində olan DİM-in xidməti, sonradan dövlət ödənişləri bölməsinə köçürüldü. Sonra isə ümumiyyətlə bu xidmət xəbərdarlıq edilmədən ləğv edilib” – deyə təhsil eksperti bildirib.

Onun sözlərinə görə, abituriyentlər də portmanat kodu alıb, vəsaiti şəxsi kabinetlərinə əlavə etmək istədikdə problemlə üzləşiblər.

“Portmanat saytında yanız qeydiyatdan keçmiş istifadəçilər bu xidmətdən istifadə edə bilir ki, buna görə də azı 3 faiz portmanat xidmət haqqı tutur. Abituriyent DİM-in müəyyən etdiyi xidmət haqqı məbləğində kod alsa da, portmanat faiz tutur və nəticədə abituriyent qeydiyyatdan keçə bilmir. Düzdür, indi Milli ön aparatında müvafiq bölməyə şəxsi kabinetin kodunu yazmaqla vəsaitin birbaşa hesaba daxil olunması mümkündür, amma bütün hallarda bununla bağlı xəbərdarlıq edilməli idi. Onlarla abituriyent DİM-in tələb etdiyi xidməthaqqı məbləğində vəsait yükləyib kod alsa da, bu kodu istifadə edə bilmir”-deyə ekspert yazıb.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …