Ana səhifə / Cəmiyyət / “Sosial şəbəkələrlə dövlət başçıları da bacarmır” – Prezidentin köməkçisi

“Sosial şəbəkələrlə dövlət başçıları da bacarmır” – Prezidentin köməkçisi

“Jurnalistlərə ev paylayanda sosial şəbəkədə bloq yaratmış bir jurnalist deyirdi ki, Azərbaycanın bir nömrəli jurnalisti odur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O bildirib ki, sosial şəbəkələr Azərbaycanda bütün ölkə ərazisinə yayılıb. Kimsə nəsə yazanda onu tapıb cəzalandırana kimi artıq o öz işini görəcək. O anlamda sosial şəbəkələrə müdaxilə etməyi, hətta dövlət başçıları da bacarmır. Onlar da deyir ki, bu, bir bəladır başımıza düşüb. Biz fəaliyyətin hüququ tərəflərinə baxırıq. Bəzən bununla öz həyatımda daha çox rastlaşıram. Məsələn, jurnalistlərə ev paylayanda sosial şəbəkədə bloq yaratmış bir jurnalist deyirdi ki, Azərbaycanın bir nömrəli jurnalisti odur. 18 -20 min izləyicim var. Yaxud həmin bloggerlərdən biri xuliqanlıq edib tutulursa, dərhal beynəlxalq aləmdə kampaniya başlanır ki, bloggeri tutublar. Bloq Azərbaycanda KİV funksiyası daşımır. Biz hüquqi dövlətin dəyərlərinə baxırıq. Bloq KİV funksiyasi almayıb ki. Azərbaycanda jurnalistliyin hüquqi dəyərləndirmə funksiyası var. Jurnalist Ədliyyə Nazirliyindən keçmiş, vəsiqəsi olan şəxsdir. Sabah blogger deyəcək ki, mənim yaratdığım bloqa kömək edilsin. Bu mükafatlandırmada, ev paylama da belə olur. Azərbaycanda jurnalisti tanıyan Ədliyyə orqanıdır. Xarici jurnalistin tanımağın yolu akkredasitayadır. Daxili jurnalistləri tanımağın yolu isə Mətbuat Şurasıdır. Dünyada şəbəkəni idarə etmək onu yaradanlara da müyəssər olmayıb. Biz saxta profillər yaradılanda şəbəkə yaradıcılarına müraciət edirik. Hələ internetə müdaxilə heç kimə müyəssər olmayıb”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın