Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Səfir: “Türk Hava Yolları” şirkəti Azərbaycandan uçuşları artıracaq”

Səfir: “Türk Hava Yolları” şirkəti Azərbaycandan uçuşları artıracaq”

“Türk Hava Yolları” şirkəti 2017-ci ildə Azərbaycandan 300 mindən çox sərnişin daşıyıb”.

“Report” xəbər verir ki, bunu THY-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Seyfullah İlyas deyib.

Onun sözlərinə görə, Türk Hava Yolları Rusiyanın Krasnodar vilayətinə də yeni reys açıb.

“Ötən il 600 mln. sərnişin daşımışıq. Bu il üçün isə hədəf 750 mln. nəfər olacaq”, – şirkət rəsmisi bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə vurğulayıb ki, THY Azərbaycandan uçuşları artıracaq: “Bundan 10 il əvvəl Azərbaycandan gündə bir aviareys həyata keçirilirdi. Amma indi gündə 4 dəfə uçuş var. Aviareyslərin sayı artırılacaq. Həmçinin Bakıdan Türkiyəyə uçuş istiqamətlərini də artırmaq niyyətindəyik”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …