Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Özünü yandıran qaçqın “Qaçqınkom”dan ev istəyib, amma…

Özünü yandıran qaçqın “Qaçqınkom”dan ev istəyib, amma…

Bu gün “Qaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs – Ağdam rayonundan məcburi köçkün düşmüş Sahib İsmayıl oğlu Nəsibovun sol tərəfi yanıb.

Bu barədə virtualaz.org saytına açıqlamasında Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov bildirib.

Ş.Məmmədovun sözlərinə görə, Sahib Nəsibovun sol əli, baldırı və ayağı yanıb: “Xəstə II və III dərəcəli yanıq xəsarəti alıb. Hələlik heç kimlə danışmaq istəmir. Lakin həyat yoldaşı hadisə ilə bağlı məlumat verib. Qadının sözlərinə görə, onlar kirayədə yaşayıblar. İmkansızlıqdan “Qaçqınkom”a müraciət ediblər. Komitədən isə onlara ev verilməyəcəyini deyiblər. Buna görə də Sahib üstünə benzin tökərək yandırıb. Biz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişik”.

“Qaçqınkom”un Sabunçu rayon şöbəsindən isə virtualaz.org saytına deyiblər ki, “Qaçqınkom”un nümayəndəsi Akif Rufullayev Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət edilib: “Akif Rufullayev icra hakimiyyətində iclasdadır. Gələndən sonra özü məlumat verə bilər. Amma saytlar yalan yazıb, heç kim özünü yandırmayıb. Jurnalistlərdir də…”

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə məxsus telefonlara cavab verən şəxs də hadisə haqqında məlumatsız olduğunu dedi: “Mətbuat xidmətinin əməkdaşları işdə yoxdur. Mən də başqa şöbədə çalışıram. Sizin suallarınızı cavablandıra bilmərik”.

Komitəyə məxsus digər telefonları cavablandıran şəxs isə “Gündə bir qaçqın özünü yandıracağı ilə hədələyir. Nə bilim nə baş verib”-deyə cavab verdi.

Ülviyyə

Virtualaz.org

*   *   *14:13

Ağdam rayonundan məcburi köçkün olan 1961-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Nəsibov üzərinə yanacaq tökərək özünü yandırıb.

Hadisə Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 1 A ünvanında qeydə alınıb. Həmin ünvanda isə “Qaçqınkom”un Sabunçu rayon şöbəsi yerləşir.

S.Nəsibov III dərəcəli yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib (azadliq.info).

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın