Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub”

“Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub”

“Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) daxil olub”.

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, 22 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb: “Ümumilikdə 98 dini icma (96-sı İslam, 2-si qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb”.

M.Qurbanlı əlavə edib ki, 741 adda (801 min 307 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib: “Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq DQİDK-ya göndərilən 437 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 38-i zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edilib”.

O qeyd edib ki, ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 33 protokol tərtib edilib.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …