Ana səhifə / Cəmiyyət / Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz – Qanun dəyişdirilir

Örüş sahələri xüsusi mülkiyyətə verilə bilməz – Qanun dəyişdirilir

Azərbaycanda qəbiristanlıqların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməz.

Modern.az-ın məlumatına görə, bununla bağlı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7-ci maddəsinin (Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları) 7.2-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …