Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan aeroportundan 300 mindən çox sərnişin daşınıb

Naxçıvan aeroportundan 300 mindən çox sərnişin daşınıb

Naxçıvan Beynəlxalq Hava Limanında 2018-ci ildə görülən işlərlə bağlı iclas keçirilib.

Azinforum.az xəbər verir ki, iclasda hava limanının direktoru Mənşur Gülməmmədli çıxış edib. Bildirilib ki, 2018-ci ildə yerli hava xətti ilə 308 min sərnişin, 50 milyon 594 min 88 kiloqram baqaj, 960 min 854 kiloqram yük və 44 min 893 kiloqram poçt daşınması həyata keçirilib.

Beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi ilə 4 min 255 sərnişin 76 min 46 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 3 min 816 sərnişin və 58 min 616 kiloqram baqaj daşınıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …