Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Nəsimi rayon məktəbliləri “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsində

Nəsimi rayon məktəbliləri “Sərhədçi” hərbi-vətənpərvərlik düşərgəsində

İyul ayının 12-də “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sər­hədçi” hərbi-vətənpərvərlik düşərgəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Mə­rasimdə Azər­baycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan döv­lətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diq­qət və qayğı xüsusi vurğulan­mışdır. Yay düşərgəsinin sərhəd zastavasının ba­zasında təşkil olunmasının əsas məqsədlərindən biri də gələcək əsgərlərin sərhəd zastava­sındakı xidmət və məişət  şəraiti, silah və texnika ilə yaxından tanış olma­sından, onlarda sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradıl­masından ibarət olduğu qeyd edilmişdir.

Müəllimlərlə yanaşı, şagirdlərin təlim-tərbiyə işləri ilə sərhədçi zabitlər məşgul ola­caq, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastava­sına müşayiət edilməsi mövzusunda məşğələ, pnevmatik silahdan atıcılıq yarışı, avtomat silahının sökülüb-yığılması, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı məşğələsi və digər tədbirlər şa­girdlərin istirahətini daha maraqlı, səmərəli və yaddaqalan edəcəkdir.

Yay düşərgəsində mək­təblilərin mənalı isti­rahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmış, məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü ten­nis yarışları, müxtəlif əy­ləncəli musiqili tədbirlərin, Azərbaycan kinomatoq­raf­çıları tərəfindən vətənpərvərlik mövzularında çəkilmiş filmlərin və Dövlət Sərhəd Xidmətinin fəaliyyətini əks etdirən videoçarxların nümayiş etdirilməsi nəzərdə tutu­lur. Yay düşərgəsi zamanı şagirdlər üçün Qəbələ rayo­nunun görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar təşkil olunacaq, bu da məktəblilərin regionla yaxından tanış olmalarına imkan verəcəkdir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …