Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Musa Yaqubdan xəbər var

Musa Yaqubdan xəbər var

“Musa müəllimin səhhəti əvvəlki aylara baxanda normaldır. Səhhtində bir qədər yaxşılığa doğru irəliləyiş var. Amma danışığı tam bərpa olunmayıb”.

Bunu açıqlamasında tanınmış şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov atasının səhhətindən danışarkən deyib.

“Bildiyiniz kimi, atam parkinson xəstəliyindən əziyyət çəkir. Elə gün olur ki, əhvalı çox yaxşı olur. Bəzən isə əksinə. Vaxtaşırı dərmanlarını qəbul edir. Hazırda İsmayıllıda-Buynuz kəndindədir”-deyə Şəhriyar Yaqubov əlavə edib.

Tanınmış şairin oğlu bildirib ki, atasını ziyarətə gələnlər çox olur.

“Atamı ziyarətə gələnlər çoxdur. İstər sıravi vətəndaşlar, istərsə də tanınmışlar, atamı tək buraxmırlar. Deputat Elxan Süleymanov da atamın yanına tez-tez gəlir. Çünki Göyçayda bir məktəbdə oxuyublar. Əvvəldən dost olublar. Həmçinin, bu günlərdə tanınmış yazıçımız, deputat Aqil Abbas da gəlmişdi. Atamın daimi oxucuları var ki, onlar da mütəmadi olaraq əlaqə saxlayıb hal-əhval tuturlar. Hər kəs çox sağ olsun ki, atamı unutmur və ziyarətinə gəlirlər”.

Qeyd edək ki, 81 yaşlı şair xeyli müddətdir xəstə yatır.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …