Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. 

Artıq bu mərhələnin nəticələri barədə müvafiq məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsabiqədə uğur qazanan namizədlər sosial şəbəkələr vasitəsi ilə bir-birləri tədrik edirlər.

Qeyd edək ki, müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlıqları və ümumi dünyagörüşləri müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müsahibə mərhələsində namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim ediləcək. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …