Ana səhifə / Cəmiyyət / Müəllimi imtahandan kəsilən Azərbaycan təhsili

Müəllimi imtahandan kəsilən Azərbaycan təhsili

Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan bir sıra müəllimlərin savadsız olduğu bir daha təsdiqlənib. 

TəhsilnazirininmüaviniMəhəbbət Vəliyevanın sözlərinəgörə, müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı məlum olub ki, hazırda məktəblərdə özixtisasını 20-30 faiz bilənmüəllimlər var. Hətta onların arasında ixtisasları üzrə 0-9 bal nəticəgöstərənlər də olub:  

“Bumüəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar. Qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil etdi və onlardan bəziləri öz nəticəsini həqiqətən, yaxşılaşdırdı. Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində, ciddi çalışmasını tələb edir. Bundan bir ajiotaj, narahatlıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.

Xatırladaq ki, bu il dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin həcmi 2 milyard 285 milyon 884 min manat təşkil edib. Nazir müavininin açıqlamasına əsaslanaraq, bu vəsaitin önəmli bir hissəsinin orta məktəblərdə hələ öz ixtisasları üzrə bilik səviyyələri 20-30 fazi olan müəllimlərə yönəldiyi məlum olur. Digər mühüm faizlər isə həmin müəllimlərin üzərində nəzarət funksiyasını həyata keçirməyə borclu olan məktəb rəhbərliyinə, təhsil şöbələrinin işçilərinə və müvafiq Nazirliyin rəhbərliyinə yönəlir. Bunun əvəzinə isə, uşaqların təhsili üçün lazım olan vəsait valideynlərin cibindən gedir. Bu da, hələ varsa. Övladını repetitor yanına göndərməyə imkanları çatmayanlar isə çarəsiz durumda qalaraq, orta məktəbin verdiyi təhsillə qane olmaq məcburiyyətində qalırlar. Belə olan vəziyyətdə isə dövlət vəsaitinin lüzumsuz yerə xərclənməsi qənaəti yaranır. Nazir müavininin bu açıqlaması cəmiyyətdə haqlı bir sual yaradır – Müəllimin öz ixtisasını 20-30 faiz bildiyi təqdirdə icbari təhsilin tətbiq olunmasının nə əhəmiyyəti var?  

Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ölkədə ümumtəhsil sahəsində böyük problemlər var ki, onlardan biri də kadr hazırlığı ilə bağlıdır: 

“Müəllimlərin peşəkarlıq səviyyəsi ilə bağlı ciddi problemlər mövcuddur. Bunu da gizlətmək mümkün deyil. Son 3 il ərzində keçirilmiş diaqnostik qiymətləndirmələrin nəticələri də bunu bir daha göstərdi. Azərbaycanda ümumtəhsil məktəblərində uzun müddət attestasiyanın olmaması, eləcə də bu sahənin idarə olunmasında zaman-zaman yaranmış problemlərin nəticəsidir ki, hazırda müəllimlərin böyük bir qisminin ən azı tədris etdiyi fənn üzrə biliyi çox aşağı səviyyədədir”.

Təhsil eksperti hesab edir ki, diaqnostik qiymətləndirmə keçiriləndən sonra müəllimlərdə öz üzərində işləmək, peşəkarlıq səviyyəsinin artırılması istiqamətində dönüş olub: 

“Hesab edirəm ki, bu sertifikatlaşdırmadan sonra daha da sürətlənəcək. Müəllimlər bilməlidir ki, müddətsiz əmək müqaviləsi ilə işləmək dövrü artıq bitir. Yəni,  bütün qabaqcıl təhsil sistemlərində müəllimlərlə birillik müqavilə imzalanır və həmin ilin nəticəsinə uyğun olaraq, onlara qiymət verilir. Vəziyyət Məhəbbət Vəliyevanın dediyindən qat-qat ağırdır. Yeganə çıxış yolu isə ümumtəhsil sahəsində sertifikatlaşdırmanın keçirilməsidir. Bunun həyata keçirilmə mexanizmləri işlənib hazırlanmalıdır ki, daha layiqlilər qalsın və öz üzərində işləmək istəməyən müəllimlərlə yollar ayrılsın. Sertifikatlaşdırmanın keçirilməsi üçün də müəllimlərə ən azı 1 il vaxt verilməlidir”.

Elşən Qafarov bildirir ki, bu il dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin 55 faizi, təqribən 1 milyard 200 min manat ümumtəhsil pilləsinə ayrılıb: 

“Kölgə təhsilinin mövcud olması isə təhsilimizin vacib problemlərindən biridir. 3 yaşından başlayaraq, ali məktəbi bitirərək işə qəbul olunmaq istəyənlərə qədər hər kəs repetitor yanına gedir. Bu, bütün ölkəyə siyarət edib. Ən böyük yük də ümumtəhsilin üzərinə düşür. Kölgə təhsili isə təhsili içəridən parçalayır. Kölgə təhsilinin aradan qaldırılması və ümumtəhsil məktəblərinə təhsil mühitinin qaytarılması üçün sistemli iş aparılmalıdır.  Bu vəziyyət 3-5 gün ərzində yaranmayıb ki, qısa müddətdə də həllini tapsın”.

Digər təhsil eksperti Kamran Əsədov isə bildirib: 

“Təhsil Narirliyi bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlərin olduğunu deyir. Bəs 5 ildir dövlət büdcəsinin vəsaiti hesabına TİPİİ, Təhsil İnstitutu yaradıb, mənasız təlim və tədbirlər keçirirlər, haradadır nəticələr? Haradadır inkişaf?”

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …