Ana səhifə / Cəmiyyət / Mirkamilin qəribə statuslarına psixoloq rəy verdi: “Faciəli hadisələr törədə bilər” – FOTOLAR

Mirkamilin qəribə statuslarına psixoloq rəy verdi: “Faciəli hadisələr törədə bilər” – FOTOLAR

“Xalq ulduzu” müsabiqəsi ilə populyarlıq qazanan müğənni Mirkamil Kamilov instaqram paylaşımları ilə gündəmdədir. O, “mirkamilofficial” adlı səhifəsində qəribə paylaşımlar edərək diqqət çəkir. Siyasətçilərin, müxtəlif peşə sahiblərinin, populyar şəxslərin fotolarını paylaşaraq onlara şərh verir.

Əvvəlcə ifaçının səhifəsinin oğurlandığı iddia olunsa da, o, yazılan şərhlərə cavab olaraq özü olduğunu bildirir. Ötən gün canlı yayıma qoşulan ifaçı dini mahnı səsləndirib, lakin üzünü göstərməyib. Hətta, ifaçıya sosial şəbəkədə kömək də təklif edilib. Lakin o təkliflərə əhəmiyyət verməyib.

Mirkamil statuslarında İrandakı həkimlərinə, qohumlarına və naməlum şəxslərə hədə-qorxu gəlir. İfaçı qohumlarını öldürəcəyini deyib: “Qohumlarımın içində olan “mutilşik”lərə səslənirəm. Mənə şirinliklər yağdırmaq boşunadır. Özünü apara bilməyənə bu həyatı zindan edəcəyəm. Sizi öncə mənəvi öldürəcəyəm, sonra da doğrayacağam, tikənizi özünüzə yedirdəcəyəm. Eşidin, bilin! Mənə çox şərəfsizliklər etdiniz.

Gücsüz, zəif, çoban, savadsız, yetim gördünüz, ölməyimi istədiniz. Öldürməyən Allah öldürmür. Sizi Şamaxıda sürüyəcəyəm, küçədə maşının arxasına bağlayacağam. Sıranızı gözləyin. Məni alçaltdığınız üçün sizə hər şeyi haram edəcəyəm, həyatınızı, canınınızı alacağam”

İfaçı daha sonra İranda onu ürək əməliyyatı edən həkimini də güllələcəyini deyib: “2013-cü ildə əməliyyat olundum, mənə vurulan morfinlərə görə beş ilimi aldın. Problem deyil, ömrünü alacağam. Bu işdə əli olanlar, hər ilə görə 27 min hazırlayın. Beş il məni məzarda yaşatdınız. Mən sizi məzarda yaşadacağam. Tehrandakı həkimimə səslənirəm, mənə 27 min dollar pul oxumuşdun, amma 10 min aldın. Niyə? Mənə əməliyyatda yeddi morfini niyə vurdun? 27 min dollarımı geri alım, sən də bax. Əks halda, səni Tehranın Mərkəzi Xəstəxanasının qarşısında güllələyəcəyəm. And içmişəm”.

O ad çəkmədən də mesajlar göndərib: “Buradan mesajım çatan şəxslər, maşınlarınızı alacağam. Haramlıqla qazandıqlarınızdan 100 min alıb, kimsəsizlərə kömək edəcəyəm. Ürəyinizi partladıb, öldürəcəyəm. Sözüm sözdür. Arvad-arvad hərəkətləri yığışdırın. Falçılarda yatan şərəfsizlər, sizə bu dünyanı dar edim, siz də baxın”.

İfaçı zənglərə cavab verməsə də, yaxınları Mirkamilin müalicə zamanı içdiyi dərmanlardan sonra psixologiyasının pozulduğunu bildirir.

Musavat.com müğənninin paylaşımlarına əsasən psixoloji durumunu öyrənib. Psixoloq Nail Cəlil saytımıza açiqlamasında deyib ki, ifaçının psixoloji durumunun pozulduğu açıqdır: “Məncə, Mirkamil kimlərə görəsə, qəzəblidir, affekt vəziyyətindədir, özündə deyil. Çox üzərinə getmək indiki vəziyyətində qəti doğru olmaz. Öncə niyə belə etdiyini araşdırmaq, aydınlaşdırmaq məqsədə uyğundur. Hər ehtimala qarşı, həm hüquqi təsir, həm də mənəvi-psixoloji dəstək göstərmək vacibdir. Yəqin ki, onu bu hala gətirən, məyus, narahat edən, özündən çıxaran, qəzəbləndirən ciddi səbəblər var. Qəzəbli halda, affekt vəziyyətində insan ağır, faciəli nəticələr doğuran hərəkətlərə yol verə bilər. Bir insan kimi, müdafiə etməli və yanlış, təhlükəli addımlarının cinayət həddinə, ictimai təhlükəlilik səviyyəsinə çatmamış qarşısını almalıyıq. Bu, mümkündür. Hər bir insanı affekt halından normal vəziyyətə qaytarmağın yolları var”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …