Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Mahmudovçu MTN”in Azərbaycanın maliyyə sisteminə 33 faizlik zərbəsi…

“Mahmudovçu MTN”in Azərbaycanın maliyyə sisteminə 33 faizlik zərbəsi…

Zahid Oruc: “Siyasi elitamızın kürəyini söykəməli olduğu orqan özü tam təhlükəsizlik qarantiyasını ortaya qoya bilmirdi”

“Bu işin araşdırılmasının Daxili İşlər Nazirliyinə tapşırılması təsadüfi deyil”

Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.
Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad ediləndən sonra, mətbuatda bu olayla bağlı geniş müzakirələr açılıb və haqlı olaraq bu cür strateji bir nazirlikdə baş verənlə tənqid edilir.
Milli Təhlükəsizlik Nazirliyi kimi starteji bir qurumda bu cür halların yaşanması nə ilə bağlı olub?
Millət vəkili Zahid Orucun sözlərinə görə, dövlət sistemində stuktur islahatları davam etdiriləcək, komandada yeniliklərinin olacağı, idarəetmənin yeni mərhələsinə keçidin baş verəcəyi istisna edilmir:
“Siyasi elitamızın kürəyini söykəməli olduğu orqan özü tam təhlükəsizlik qarantiyasını ortaya qoya bilmir, əksinə, bəzən ciddi hakimiyyət spamları yaradırdı. Nəzərə almalıyıq ki, bu struktur xəfiyyə orqanıdır. Kəşfiyyat sistemi isə peşəkarları tələb edir. Bu o deməkdir ki, regional miqyasda milli mənafeyimiz əleyhinə istənilən risqləri – terror planlarını, mütəşəkkil iqtisadi cinayətkarlıq cəhdlərini, hətta hərbi xarakterli məsələləri də fəaliyyətinin başlıca hədəfində saxlamalı olan orqan sanki narkotiklərə qarşı mübarizə strukturu səviyyəsinə enmişdi. Daha genişmiqyaslı işləri buraxıb lokal səviyyəli və daxildə digər qurumlarla paralel çalışmağa cəhd eləmək dövləti beynəlxalq maraqları uğrunda mübarizədə xeyli zəif salırdı. Gəlin razılaşaq ki, Azərbaycanın təhlükəsizlik orqanı iqtisadi inkişafımızın başlıca qoruyucusuna və maraqlarımızın irəliləməsinə, demək olar ki, əsaslı yardım edə bilmirdi.
Gözəgörünməz cəbhədə ölkəmiz əleyhinə planları, təhdidləri aradan qaldırmalı olan orqan kəşfiyyat işində də böyük uğurlara imza ata bilmirdi. Çünki qlobal miqyasda düşüməyi bacarmaq, konseptual layihələrlə işləyənlərə istinad etmək, beyin mərkəzi rolunu oynamaq əvəzinə, daha dar çərçivədə mövqe savaşı aparmaq, yaxud qanunsuz dinləmələr həyata keçirmək milli təhlükəsizlik siyasəti sayıla bilməzdi”
Zahid Oruc Milli Təhlükəsizlik Nazirliyində Beynəlxalq Bankla bağlı məsələnin həll edilməməsi və sahibkarların incidilməsi məsələsinə də aydınlıq gətirdi:
“Beynəlxalq Bankın ətrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayətlərə qarşı mübarizə aparmalı olan orqan dövlətin əsas maliyyə siyasətini həyata keçirməkdə iştirak edən Beynəlxalq Bankın geri qaytarılmayan kreditlərində də iştirakçı olub və hər hansı bir məsuliyyətə də malikdir.
Bu işin araşdırılmasının Daxili İşlər Nazirliyinə tapşırılması təsadüfi deyil. Çünki dövlətin həmin struktura zamanın sınağından çıxmış əsaslı etimadı var. Beynəlxalq Bankla bağlı işin ölkənin maliyyə-bank sferasına və iqtisadi sabitliyə vurduğu ziyanı artıq hamı etiraf edir.
Qeyri-rəsmi məlumata görə, manatın dollar qarşısında 33.5 devalvasiyası zamanı da məxfi məlumatlardan, dövlət sirlərinin əldə edilməsindən böyük iqtisadi fayda götürülməsi üçün istifadə edilib. Bu isə dövləti həyata keçirmək istədiyi iqtisadi tədbirin linç edilməsi idi və gözlənilən iqtisadi təhülkədən az itki ilə çıxmasını xeyli əngəlləmiş oldu. Adətən belə məsələlərlə xarici xidmət orqanları və təxribat qrupları məşğul olur. Bir sözlə, qənaətbəxş olmayan fəaliyyət özünü həbslərin olmasında göstərdi”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın