Ana səhifə / Cəmiyyət / “Mənə belə hədiyyə verilməyib” – Aqil Abbas

“Mənə belə hədiyyə verilməyib” – Aqil Abbas

Deputat Aqil Abbas musavat.com saytının facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişinin qonağı olub.

Deputatların hədiyyə almaqla bağlı qanunvericiliyə edilən dəyişikliyi şərh edən Aqil Abbas bunları deyib: “Əvvəla, bu, qanunda var ki, deputatlara və məmurlara hədiyyə 55 manatı keçməsin. İndi bu qanunu gündəmə gətirməyin mənasını bilmədim. Ona görə də mənim çıxışım bir qədər emosional və Mirzə Cəlil sayağı oldu. Mən onun yetirməsiyəm. Mən deyirəm ki, bu qanun var. Onu təzədən qaldırmaq və mənim buna bu formada etirazım saytların, sosial şəbəkədəki trolların bir mövzusuna çevrildi. Mən 13 ildir deputatam, mənə hədiyyə verilməyib. Kimdir deputata hədiyyə verən? Amma hədiyyənin müxtəlifliyi var. Tutaq ki, mənim ad günümdür. Dayım oğlu, xalam oğlu… gətirib mənə bir saat, bir qələm, kitab bağışlayır. Bir var gətirib sənə bir deputat, məmur kimi hədiyyə bağışlayalar, işi düşən adam verə bunu. Bir də var, sənə heç bir işi düşməyən adam ad günündə hədiyyə versin”.

A.Abbas jurnalistin “Sizə hədiyyə gətirən adamın sonradan işi düşməyəcəyinə əminikmi” sualına belə cavab verib: “Düzdür, sənə bir dost 100 manatlıq bir hədiyyə gətirir. Amma sonradan elə bir iş xahiş edir ki, onu heç 1000 manatla da həll etmək olmur. Belə hallar da baş verir. Mənə belə hədiyyə verilməyib. Mən adətən saat sevənəm, saat bağışlayarlar. Bir də çoxlu qələm bağışlayıblar. O qədər çox ki… Daha çox adam bilmir ki, indi qələmlə yazan yoxdur. Düzdü, mən hələ də yazılarımı qələmlə yazıram. Evdə qələmlərdən muzey yaratmaq olar”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …