Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / LDU-da beynəlxalq konfrans öz işinə başladı (FOTO)

LDU-da beynəlxalq konfrans öz işinə başladı (FOTO)

LDU-da “Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” adlı XXXI beynəlxalq konfrans işinə başlayıb.

Bu barədə Azinforum.az-a Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumat verib.

Lənkəran Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Taras Şevçenko adına Kiyev Milli Universitetinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində beynəlxalq konfrans keçirilib. Konfrans iştirakçıları ilk öncə şəhərin mərkəzində Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər düzüblər.

Konfransın təntənəli açılış mərasimi Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.

“Qeyri-müəyyənliklər daxilində qərar qəbuletmə problemləri” adlı Beynəlxalq konfransı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq iştirakçıları salamlayıb və gündəlikdə duran məsələlər, müzakirə ediləcək mövzular barədə məlumat verib.

Beynəlxalq konfransın Lənkəran Dövlət Universitetində keçirilməsini mühüm elmi hadisə adlandıran professor Natiq İbrahimov qarşılıqlı fikir mübadiləsinin bütün iştirakçılar üçün səmərəli olacağını, elmin son nailiyyətlərindən birgə istifadəyə imkan yaradacağını bildirib. Ölkəmizdə fəlaiyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, xaricdəki ali təhsil ocaqlarının da konfransa qatılmalarını yüksək dəyərləndirən N.İbrahimov qeyd edib ki, hazırkı konfransda Rusiya, Ukrayna, Polşa, Çexiya, Almaniya, Türkiyə, Gürcüstan və s. ölkələrdən nüfuzlu alimlər iştirak edirlər.

Elmi konfransın proqram rəhbəri professor O.Nakoneçniy, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru professor M.Babanlı, Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov, Azərbaycan Universitetinin professoru Yusif Qasımov çıxış edərək konfrans iştirakçılarına uğurlar arzu ediblər. Çıxışçılar ölkə və dünya elmində riyazi sahədə qazanılan bilklərin istehsalata tətbiqinin vacibliyini xüsusi vurğulayıblar.

Açılış mərasimindən sonra konfrans işini plenar iclaslarda davam etdirib.

Qeyd edək ki, 3 dildə – Azərbaycan, rus və ingilis dillərində keçirilən XXXI beynəlxalq elmi konfrans Lənkəran Dövlət Universitetində iyul ayının 8-nə kimi davam edəcək.

Konfransın bağlanış mərasimi 9 iyul tarixində Azərbaycan Neft və Sənaye Universitetində baş tutacaq.

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …