Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Lamiyəyə görə Vüqarın ailəsi dağıldı – Anasının müraciəti

Lamiyəyə görə Vüqarın ailəsi dağıldı – Anasının müraciəti

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin anası Məlahət Ismayılova “Azadlıq”a müraciət edib.
Məlahət Ismayılova bildirib ki, o, oğlunun xahişi ilə qəzetimizə üz tutub: “Vüqarın sizdən, həmçinin digər mətbuat orqanlarından xahişi var. Vüqar həyat yoldaşı Aynurə Əliyevadan ayrılır. Bu işə artıq Şəmkir Rayon Məhkəməsində baxılır. Vüqarın mətbuatdan xahişi odur ki, Aynurə Əliyeva onun adından mediaya hər hansı müraciət, ərizə təqdim etsə, dərc etməsinlər. Ümumiyyətlə, o, Vüqardan danışarsa, fikirləri dərc olunmasın. Çünki onun dedikləri artıq Vüqarın mövqeyi sayılmayacaq.

1424436734_lamiyeVüqarla Aynurənin ayrılmasının səbəbinə gəlincə, bu, Quliyevanın oğluna Vüqar adını qoyması ilə bağlıdır. Aynurə hesab edir ki, bu Vüqarın öz istəyilə olub. Lakin belə deyil. Bu məsələ üstündə mübahisələri düşüb və nəhayət ayrılmaq qərarına gəliblər”.

 

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın