Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab…

Kamal Abdulladan “Doğrudanmı təhsildən bixəbərsiniz?” sualına akademik cavab…

Son vaxtlar Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya ünvanlanan şər-böhtanla yanaşı hətta bəzi azğınlaşan insanlar onu təhsildən bixəbər adlandırırlar. Bu məsələyə aydınlıq gətirmək üçün rektora “Kamal müəllim, siz doğrudanmı təhsildən bixəbərsiniz?” sualını ünvanladıq. Onun cavabını təqdim edirik.
– Mənim təhsildən bixəbərliyim əgər pedaqoji təcrübəni ilk dəfə köçkün məktəbləri və Cocuq Mərcanlı məktəbi müstəvisinə keçirməyimdirsə, bəli, mən təhsildən bixəbərəm.
Tələbə özünüidarə sistemi yaratmağımdırsa, bəli, mən təhsildən bixəbərəm.
Neçə-neçə xarici ölkə universitetində Azərbaycan multikulturalizmi, yəni Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, mənəviyyatı kursunu yaratmaq, dərsliyini ərsəyə gətirməyimdirsə, bəli, mən təhsildən bixəbərəm.
ADU-da ingilis dilinin inkişafı üçün müəllimlərin staj artırmaya Rusiya, Ukrayna, Belarus universitetlərinə göndərməyim təhsildən bixəbərliyimdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər Azərbaycanda tələbələr və filoloqlar üçün mətn dilçiliyi kursunun yaradılması, eyni zamanda bu kursun yaradılmasına tələbələrin, magistrların, doktorantların cəlb olunması, ilk dəfə 11 nəfərdən ibarət olan humanitar sahə üzrə müəlliflər qrupunun bu tədris vəsaitini çap etdirməsi təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər tələbələr üçün “Filoloqun kitabxanası 100” seriyasının yaradılması və əhəmiyyətli mədəniyyətşünaslıq əsərlərinin tələbələrin də cəlb edilməsi ilə Azərbaycan dilinə tərcümə və nəşr edilməsi təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər tələbələrə şəxsi kitabxanalarının formalaşdırmaları üçün mağazalardan aldıqları kitabları universitet tərəfindən maliyyə qarşılığının ödənməsini həyata keçirmək təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər mənim xarici dilin (alman dilinin) ADU-da möhkəmlənməsi üçün almandilli mütəxəssislərdən və xarici alimlərdən ibarət Germanistika İnstitutunu yaratmağım təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər mən tələbə və müəllimləri beynəlxalq proyektlərə cəlb edirəmsə, (məsələn, Nibelunqlar və Dədə-Qorqud dastanlarının müştərək öyrənilməsi proyektinə) və bu, təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər mənim imtahan məqamını bütövlükdə öyrətmə prosesinin bir hissəsi kimi qəbul etməyim, imtahan otaqlarına lüğət və proqramların qoyulmasını tələb etməyim təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər imtahan sürəsini 2 saatdan 3 saata qaldırmaq təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Əgər universitetdə Virtual yaradıcılıq fakültəsi yaratmağım və bura, yəni universitet həyatına təhsil almayan gəncləri cəlb etməyim, onlara dünya ədəbiyyatı, ədəbi proses, mədəniyyətşünaslıq predmetlərinin tədris edilməsini təşkil etməyim tədrisdən bixəbərlikdirsə, bəli, mən tədrisdən bixəbərəm.
Əgər 19 ölkədə kitablarımın çap edilməsi və bir sıra Avropa, Amerika universitetlərində (Amerika Kolumbiya Universiteti, Fransanın İnalko və Strasburq Universitetləri, Almaniyanın Humbolt Universiteti, Rusiyanın Moskva Pedaqoji Universiteti, Yekaterinburq Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti və s.) tələbələr qarşısında master-klasla çıxışa dəvət edilməyim və bu mühazirələri oxumağım tədrisdən bixəbərlikdirsə, bəli, mən tədrisdən bixəbərəm.
Əgər indiyə qədər Yekaterinburq Universitetinin, Moskva Pedaqoji Universitetinin, Gürcüstan Dövlət Tbilisi Universitetinin, Ukraynanın Poltava Universitetinin, BolqarıstanınKliment Oxridski adına Universitetinin fəxri doktoru olmaq təhsildən bixəbərlikdirsə, bəli, mən təhsildən bixəbərəm.
Hələ Azərbaycanda və Türkiyədə yetişdirdiyim elmlər doktoru və elmlər namizədlərinin adını çəkmirəm. Hələ xaricdə Azərbaycan multikulturalizmi dərslərinin təşkil edilməsindəki iştirakımı demirəm.
Əgərlərin sayını artırmaq da olar. Amma bu qədər hələlik bəsdir.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …