Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Kəşfiyyat orqanlarının hazırladığı liderlər kimlərdir? – Tam MƏXFİ, FOTOLAR

Kəşfiyyat orqanlarının hazırladığı liderlər kimlərdir? – Tam MƏXFİ, FOTOLAR

Bu senzuradan keçməyən, dövlət sirrini özündə saxlayan və arxivlərdə məxfilik qrifi altında qorunan sənədlər heç vaxt ictimaiyyətə açıqlanmayacaq…
Amma tarix dəfələrlə sübut edib ki, gec də olsa həqiqət həmişə üzə çıxıb. Analitik.az belə faktlardan bəzilərini təqdim edir:

Kennidiyə su-qəsd sirr olaraq qalacaqmı?

Adıçəkilən sənədlərdən biri də minlərlə qovluqda saxlanılan, prezident Con Kennedinin 22 noyabr 1963-ci ildə Dallas şəhərində qətli ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ ) topladığı məlumatlardır. Ola bilər ki, kiloqramlarla dosyedə bu siyasi qətlin əsl mexanizminin gizlinləri saxlanılır, bəlkə də orada qatil-səfil versiyasını sadəcə əsaslandırırlar.
Əgər bu sənədlər yalnız hadisələrin rəsmi versiyasını təsdiqləyirsə, onda niyə bu sənədlər 50 ildən çoxdur ki, məxfilik qrifi altında gizlədilir? Bu sənədlərdə nə gizlənir? Dedektivin araşdırmaları, yoxsa dövlətin özünün iştirakı?
Ola bilsin ki, dünya bunu 2017-ci ildə, sözügedən sənədlər məxfilik
qrifindən azad ediləndən sonra biləcək. Lakin çox güman ki, Mərkəzi Kəşfiyyat İdarəsi onların məxfilik müddətini uzadacaq. Buna MKİ-nin hüququ var.

Usamə bin Ladenin məhv edilməsinin sirləri

Bu gün ABŞ-da 50 milyon “tamamilə məxfi” qrifi altında saxlanılan sənədlər dosyesi sırasında, “Neptun nizəsi” əməliyyatı barədə də məlumat saxlanılır. 2011-ci il mayın 2-nə keçən gecə HDQ xüsusi təyinatlı “dəniz piyadaları” qrupunun döyüşçüləri əməliyyat keçiriblər. Bu əməliyyyat nəticəsində səudiyyəli şeyx, “Əl-Qaidə” islam terror təşkilatının lideri, ABŞ və digər ölkələrdə 1 nömrəli terrorçu kimi tanınmış Üsamə bin Laden öldürülüb.
Bu əməliyyat haqda məlumatlar indiyədək açıqlanmayıb, hətta bin Ladenin cəsədinin fotosu da dərc olunmayıb. O, ilkin rəsmi versiyaya əsasən silahlı olub və atışmada öldürülüb. Sonradan Pentaqondan məlumatlar sızıb ki, Üsamə silahsız idi və onu öldürmək əmri “yuxarıdan” daxil olub. Bəlkə ona görə də hər şey gizli saxlanılır?
Yəqin ki, prezident Barak Obama dünya ictimaiyyətindən qətlin “sifariş edildiyini” gizlətmək istəyir. Bu sənədlərin nə vaxt gizlilik qrifindən çıxarılacağı və ümümiyyətlə, açıqlanacağı məlum deyil.
Belə sənədlərin gizli saxlanılmasının da müxtəlif səbəbləri var. Əksər hallarda sənədlər əməliyyat iştirakçılarının və onların xəbərçilərinin təhlükəsizliyini təmin etmək üçün gizli saxlanılır.
Bu, həm də onların ailə üzvlərinin əmin-amanlığı üçün vacibdir. Bu məqsədlə sənədlər əməliyyat barədə unudulanadək və onda əli olanların hamısının fani dünyanı tərk edən günədək məxfilik qrifində saxlanılır.

Edqar Quverin məşum siması

Bəzən isə səbəb başqa olur. Tarixdə belə gizli sənədləri məharətlə silah kimi istifadə etmə faktları da mövcuddur. 1924-ci ildə ABŞ Federal təhqiqatlar bürosunun ilk rəhbəri olmuş və elə bu vəzifədə dünyasını dəyişən Con Edqar Quver (1895-1972 illər) belə “məharətli” kəşfiyyatçılardan biri olmuşdu.
Onun arxivlərində, ABŞ prezidentinin özünün də daxil olduğu, onun müasirləri olan bir çox mühüm dövlət xadimləri ilə bağlı milyonlarla məxfi məlumat var.
Quverin bu böyük vəzifədə uzun illər qalmasının səbəbi də dövlət və siyasi xadimlərin, eləcə də ABŞ-ın tanınmış şəxslərinin onları gözdən sala biləcək milyonlarla sənədlərin saxlandığı şəxsi arxivi olub. Bu gizli sənədlərə giriş kodunu yalnız onun ölümündən sonra əldə etmək mümkün olur.

Çe Gevaranın əli kimin qanına batıb?

Kuba inqilabının başçılarından biri, fəhlə sinfinin qəhrəmanı, müstəqillik uğrunda mübarizə rəmzi – Cənubi amerikalı partizan Ernesto Çe Gevara (1928-1967 illər) uzun illər kommunist dünyasının bütü sayılıb. Onun təsvirləri bizim günlərdə də bütün dünyada milyonlarla köynəklərin və posterlərin üstündə həkk olunub.
Lakin onilliklər keçəndən sonra müəyyən sənədlərin məxfilikdən çıxarılması bir çox maraqlı faktları üzə çıxardı. Kuba diktatoru Fulxensio Batistanın devirməsindən altı ay sonra, Çe Gevara 216 nəfərin edam edilməsini əmr edib. Onların arasında təkcə əksinqilabçılar deyil, həm də dinc sakinlər olub.
Eyni zamanda məlum olub ki, o həm də “əmək düşərgələri” şəbəkəsini təşkil edir ki, burada minlərlə adam saxlanılırdı. Lakin Kuba rəhbəri Fidel Kastro başa düşürdü ki, onun silahdaşının belə “inqilabi” fəaliyyəti haqqında dünya heç vaxt bilməməlidir. Kubaya, eləcə də bütün kommunist hərəkatına, kapitalizmlə mübarizədə qəhrəmanlar lazım idi.
1966-ci ildə Çe, Latın Amerikası xalqlarının inqilabi hərəkatında iştirak etmək üçün Azadlıq Adasını tərk edib. Bir il sonra o, Boliviyada əsir götürülüb və öldürülüb. Bu fakt Kastronun xeyrinə idi, axı ölən qəhrəmanlar daha çox yaşayırlar. Və yalnız 42 ildən sonra kubalı qaçqın Xakobo Maçover “Çenin gizli sifəti ” adlı kitabında “alovlu inqilabçı” qəhrəmanın etdiyi vəhşiliklər haqqında şəhadətnamə və sənədlərin surətini dərc etdirib.

Ölən dinc vətəndaşlar necə gizlədilir?

2012-ci ilin aprelində ölüm onları göydən haqlayıb: “15 terrorçu öldürülüb”, – məsafədən idarə edilən pilotsuz uçuş aparatının Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə – dağ bölgəsi olan Vəziristana endirdiyi zərbəsindən sonra ABŞ rəsmi məlumatında belə deyilirdi.
Amerikalıların itkiləri sıfıra bərabər idi. Mülki şəxslər arasında da ölənlər olmayıb. Məhz belə göstəricilər Barak Obamanı pilotsuz təyyarələrdən geniş istifadə etməyə həvəsləndirib.
Qurbanların rəsmi statistikası bu cür əməliyyatların effektivliyini təsdiq edir. Hökumət məlumatlarına görə, son 6 ildə, pilotsuz təyyarələrin köməyi ilə təxminən 2800 nəfər, o cümlədən 50 dinc vətəndaş öldürülüb.
Rəsmi məlumata görə, qalan hamısı terrorçulardır. Lakin doğrudanmı bu yolla terrorçuları məhv etmək dünya ictimaiyyətinə təqdim edildiyi kimi əlverişlidir? Bu suala cavabı 2012-ci ilin mayında “öldürülənlərin siyahısı” sənədi verib.
Aydındır ki, prezident Obama bu sənədləri sirr saxlamaq istəyərdi, amma onlar The New York Times qəzetinin redaksiyasına insayder nəticəsində məlum olub. Bu sənədin məzmunu niyə həlak olan dinc vətəndaşların rəsmi sayının o qədər də çox olmadığını izah edir.
Sən demə, Obama öldürülmüşlərin yeni təsnifat sistemini təklif edib. Həmin təsnifata əsasən yaşa görə hərbi xidmətə yararlı və pilotsuz təyyarələrin hücumu zonalarında yaşayan bütün kişilər qiyamçılar sayılır.
Eyni zamanda yerli şahidlər bildirirlər ki, pilotsuz təyyarələrin hücumları nəticəsində azı 600 dinc sakin həlak olub. Hərbi müxbir Nur Behram yazır: “Ğördüyüm qurbanların əksəriyyəti qadınlar və uşaqlar olub”. Hospitallardan toplanan məlumatlar və şəxsi müşahidələr əsasında o, deyir ki, hər bir qətlə yetirilən terrorçuya təxminən 15 dinc sakin düşür.

Dalay-Lama kəşfiyyatın ödənişli agenti olub?

Dalay-lama XIV (Tentszin Qyamtsxo, 1935-ci ildə anadan olub), uzun illər Tibet hökumətinə rəhbərlik edib, bizim günlərdə də bütün dünyanın buddistlərinin dini lideridir. Lakin bir neçə il bundan əvvəl onun 50 il gizli qalan başqa bir statusu haqda faktlar məlum olub. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agentlərinin ifadələri göstərir ki, buddistlərin lideri heç də həmişə layiqli insan olmayıb.
Bir çox illər ərzində o, Mərkəzi Kəşfiyyat İdarəsinin ödənişli agentləri arasında yer alıb. O, 1950-ci və 1960-cı illərdə “Seynt-Serkus” (St. Circus ) adlı əməliyyatda iştirak edib. Bu, Himalayda Çinin təsirini zəiflətmək və “kommunist xəstəliklərinin ” Asiyada yayılmasına qarşı ABŞ-nın cəhdi idi.
Çinin Xalq-azadlıq ordusu 1951-ci ildə Tibeti işğal etdikdən sonra, Dalay-lama öz ardıcılları ilə birlikdə Hindistana qaçdı. MKİ isə hər il Tibet qaçqınlarına 1,7 milyon dollar vəsaiti kommunizmin yayılmasına qarşı mübarizəni dəstəkləmək üçün köçürüb. Pentaqon sənədlərindən isə aydın olur ki, bu dövrdə Dalay-lamanın özü hər il 180 min dollar alırmış və kommunizm ilə mübarizədə Amerikanın “sözəbaxan alətinə” çevrilib.
Dalay-lamanın son vaxtlar tez-tez ABŞ prezidentləri ilə görüşmələri göstərir ki, Amerika rəhbərliyi ilə bu əlaqələr əvvəlki kimi möhkəm olaraq qalır. Amma niyə dünya ictimaiyyətinə Dalay-lamanın MKİ-dan maliyyə dəstəyi alması və onlarla sıx əməkdaşlıq etməsi yalnız indi məlum olub?
Məsələ ondadır ki, bu 50 illik məxfi məlumatları artıq Mərkəzi Kəşfiyyat İdarəsində xidmətdə olmayan insanlar açıqlayıblar. Bax belə, nə qərb, nə də buddist aləminin nə vaxtsa açmaq niyyətində olmadıqları təfərrüatlar
ictimaiyyətə məlum olub.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın